Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici Mətbuat

İran informasiya agentliyi İRNA: Prezident Rəcəb Tayyib Ərdoğan, Qazaxıstana reallaşdırdığı səfərdən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamada Rusiyadan S-400 raketlər satın alacaqlarını bildirib. "S- 400 raketlərinin satışı və Türkiyəyə təhvili mövzusunda mütabiq qalındığını, müqavilə imzalndıqdan sonra satışın reallaşacağını qeyd edib.

“Trend Az.”: Avropa İttifaqı işləri üzrə nazir və Başmüzakirəçi Ömər Çəlik rəsmi səfərə getdiyi İngiltərənin paytaxtı Londonda verdiyi açıqlamada səfəri çərçivəsində Avropa Şurası Baş katibi ilə səmərəli görüş keçirdiyini, radikal qrupların ən çox istədiyi şeyin Müsəlman, dünyəvi, demokratik hüquq dövlətinə sahib olan Türkiyə ilə Avropa İttifaqı əlaqələrinin pozulması olduğunu vurğulayıb.

Turkish American Web: Amerika Birləşmiş Ştatlarında təsirli olan İrma qasırğası səbəbiylə Türk Hava Yolları (THY), sərnişinlərin səfərlərinin təxirə salınmaması məqsədiylə bu gün əlavə reyslər təşkil ediləcəyini bildirib. THY Mətbuat müşavirliğinin məlumatına görə, İrma qasırğası səbəbiylə bu gün Mayamidən İstanbula əlavə reyslər planlaşdırılır. Uçuş yerli vaxta görə saat 03.30-da olacaq.

Rusiyanın xəbər agentliyi Sputnik: “Qazprom və Botaş Türk akımı xəttini Avropaya çatdıracaq birgə layihə həyata keçirir”. Türk təbii qaz boru Xəttini Avropaya çatdıracaq layihə qıssa müddətdə həyata keçiriləcək. Gazpromdan verilən açıqlamada: “Rusiya və Türkiyə arasında imzalanan hökumətlərarası razılaşma çərçivəsində hazırlanan layihə ilə Türk Akımının Türkiyə ərazilərindəki quru hissəsi çəkiləcək. Qazprom İdarə heyəti, 21 Sentyabrda Türk Akım Qaz Daşıma şirkətinin ortaq layihədə iştirak edib-etməyəcəyi mövzusunu müzakirə edəcək.



Әlaqәli Xәbәrlәr