Türkiyə böyük turizm təcrübəsini Dağıstana da aparır

Xarici mətbuat, 11.08.2017

Türkiyə böyük turizm təcrübəsini Dağıstana da aparır

Almaniya, DW: "Türkiyədən Konya şərhi"

  Türkiyə NATO-nun yüksək səviyyəli səlahiyyətlisi və Almaniya heyətilə birlikdə 8 sentyabrda Konyadakı NATO hərbi bazasına səfər ediləcəyini bildirib. Ölkənin Xarici İşlər Nazirliyi Konyadakı NATO hərbi bazasına Almaniya heyətinin gələcəyilə bağlı şərh verib. Məlumat Nazirlik sözçüsü Hüseyn Müftüoğlu tərəfindən yayılıb.  

Rusiya, “Sputnik”: "Türkiyə turizm inkişafıyla bağlı böyük təcrübəyə malikdir".

  Yaxın günlərdə 85 il əvvəl təşkil edilən Türkiyənin ilk və geniş ticarət sərgisi olan İzmir Beynəlxalq Sərgisi – İzmir İnternational Fair - 2017 86-cı dəfə qapılarını qonaqlarına üzünə açacaq. Sərginin builki əsas mövzusu “Enerji və Yeniliklər”dir. Partner ölkə olaraq Rusiya da sərgidə vardır.

  Sərgi çərçivəsində planlaşdırılan tədbirlərdə Rusiyaya bağlı Dağıstan Muxtar Respublikasından “Dağıstanın İnkişafı” şirkətinin nümayəndələrinin də iştirakı gözlənilir. Şirkətin rəhbəri Elbrus Həsənov: "Türkiyə ilə ortaq bir çox tərəfimiz var, xüsusilə istixanalar sahəsində müsbət əməkdaşlıq təcrübəmiz var və bu əməkdaşlığın davam etməsini istəyirik… Tanıtdığımız layihələrdən biri “Qızıl qumlar” adlı investisiya platformasıdır. Türkiyə turizmi inkişaf etdirmə mövzusunda Dağıstana böyük təcrübəsini daşıya bilər və bunu reallaşdırmaq üçün Xəzər dənizinin sahilində ən yaxşı torpaqları təqdim etməyə hazırıq."

ABŞ, “Turkish American”, veb portalı: "Yüngül atletika üzrə Ramil Quliyev dünya çempionu oldu".

  Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən kişilər üzrə yüngül atletikada dünya çempionatının qalibi olub. 200 metr məsafəyə qaçışda Ramil Quliyev finişə birinci çatmaqla dünya çempionu adını qazanıb. O, finişə 20,09 saniyəyə çatıb.
  Dünya çempionu bu zəfərini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib.

  Ramil Quliyev Türkiyəyə bu budaqda ilk qızıl medalını qazandıraraq tarixə düşüb.

Rusiya, “Sputnik”: "Muğlada 58 yaşlı adam sinəsində 16 beton qıraraq dünya rekordu qazandı".

  Türkiyənin Muğla şəhəri Sıtkı Koçman Universitetinin Atatürk Mədəniyyət Mərkəzində ikiqat Dünya Kırıcı rekordçusu 58 yaşlı Əli Bahçetepe 18 Mart tədbirləri çərçivəsində Çanaqqala müharibəsində həyatını itirən əsgərlər üçün reallaşdırdığı yarışda dünya rekordunu qırdı.



Әlaqәli Xәbәrlәr