Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici Mətbuat

Makedoniyanın Vecer.mk qəzetində “ Türkiyənin gələcəyini qoruyun” başlığı ilə çatdırılan xəbərdə: İstanbulun simvolu olan körpüdə yüz minlərlə adama xitab edən Prezident Rəcəb Tayyib Ərdoğan, hökuməti devirmək istəyənləri "xəyanət şəbəkəsi" olaraq adlandırdı. Vətəndaşlar, xain cəhdə qarşı müqavimət göstərmələri haqqındakı çağırışım nəticəsində Türkiyənin gələcəyini xilas etdilər deyən prezident Ərdoğan, bu çevriliş cəhdinin nə ilk, nə də sonuncu olduğunu vurğulayıb. Quldurların Türkiyəyə zərbə endirmək uğrundakı səylərinin davam edəcəyinə diqqət çəkib.

Almaniya Xəbər Agentliyi DPA: “ Prezident Ərdoğan çevrilişçilərə mərhəmət göstərməyəcəklərini daha bir dəfə səsləndirib. Çevrilişçilərin və planlayıcılarına qarşı mübarizənin davam edəcəyini vurğulayıb”. Prezident 15 iyul çevriliş cəhdinin il dönümü tədbirləri çərçivəsində Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışında: “Həm səfil çevrilişçilər, həm də onların maşası olanlar daha rahat nəfəs dərə bilməyəcəklər. Edam cəzasının Türkiyə böyük Millət Məclisi tərəfindən qəbul edilməsi halında dərhal təsdiq edərəm”.

Almaniya DW: Avropa İttifaqı Komissiyasının sədri Jean-Claude Junker alyansın qapısının Türkiyəyə açıq qalmasını istədiklərini qeyd edib. Junker Alman Bild Am Sonntag qəzetində dərc olan məqaləsində, Avropa İttifaqının, çətin dövrlərdə Türkiyənin yanında yer aldığını vurğulayıb.

ABŞ, Voice of America: Türk Texnologiya sahəsində fəaliyyət göstərən sahibkarlar, Türkiyənin texnologiya bazarını tanıtmaq və xarici sərmayəçini Türkiyəyə cəlb etmək üçün ABŞ-na gedib. San Fransiscoda təşkil edilən yığıncağa qatılan sahibkarlar, Silikon Vadisiylə Türkiyə arasında bir körpü salmağa səy edirlər. Türk təşəbbüskar Mustafa Acet açıqlamasında: Türkiyəyə inanıram. Sahibkarlar sayəsində Türkiyə güçlü iqtisadiyyata qovuşacaq. Hər ötən gün inkişaf edəc.

 



Әlaqәli Xәbәrlәr