Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

769448
Xarici Mətbuat

Çin, Xinhua: Prezident Ərdoğan İraqı bütövlüyünü qorumağa çağırdı
 
 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın bütövlüyünün qorunması və İraq Kürdüstan Muxtar Vilayətinin təşkil edəcəyi müstəqillik referendumunun qarşısının alınmasının vacib olduğunu söylədi. Ərdoğan: "Sabitsizliyə səbəb olması ilə bərabər, İraqda atılacaq hər bir addım, hər hansı bir təsiri olmayan yeni problemlərə yol aça bilər" dedi.
 

 Rusiya Xəbər Agentliyi Sputnik: Zeybekci: "Qətərə yardım deyil, ixrac həyata keçirdik"
 
 İqtisadiyyat naziri Nihat Zeybekci Türkiyənin Qətərə yardım deyil, 20 milyon dollarlıq ixrac həyata keçirdiyini bildirdi. Zeybekci: "Türkiyə yardım göstərmir. Hazırda təxminən 200 yük təyyarəsi ilə bəlkə dünya səviyyəsində ticari nəqliyyatda ən böyük əməliyyat həyata keçirdik" dedi.
 

 Yunanıstan, Estia: Prezident Ərdoğana ABŞ-dan təriflər gəldi
 
 Amerika Birləşmiş Ştatlarının dövlət katibi  Rex Tillerson Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY)  15 iyuldakı dövlət çevrilişi cəhdi zamanı Türk xalqının demokratiyanı qorumaq məqsədilə göstərdiyi cəsarətə hörmət bəslədiyini söylədi. Tillerson İstanbuldakı çıxışında, "Əhəmiyyətli bir an üçün hamımız İstambuldayıq. Təxminən bir il əvvəl Türk xalqı - cəsur qadınlar və kişilər dövlət çevrilişi etmək istəyənlərə müqavimət göstərdi və demokratiyanı qorudu. Bu insanların cəsarətinə hörmət edirəm və 15 İiyul 2016-ci il hadisələrinin qurbanlarını yad edirəm" dedi.



Әlaqәli Xәbәrlәr