Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında Türkiyənin gündimindəki əsas mövzular ilə əlaqəli xəbərlərin icmalı

745972
Xarici Mətbuat

İngiltərə veriliş orqanı BBC Türkçənin, “Türkiyə dünya iqtisadiyyatının böyüməsində qabaqcıl ölkələr mövqeyində olacaq” başlıqlı xəbərində: Dünya Bankı, dünya iqtisadiyyatının 2017-ci ilin böyümə proqnozunu 2,7% açıqlayıb. Dünya Bankının hesabatına görə, istehsal və ticarətdə müşahidə olunan yaxşılaşma, bazar güvəninin güclənməsi və əmtəə qiymətlərinin sabitliyə qovuşması, 2017-ci ildə dünya iqtisadiyyatının güclənməsinə töhvə verəcək səbəblərdir. İnkişaf etmiş ölkə iqtisadiyyatlarının böyümə nisbətini 1,9-a qaldıran Dünya Bankı, Türkiyə, Çin, Braziliya, Meksika, Hindistan, İndoneziya və Rusiyadan ibarət ən böyük yeddi inkişaf etməkdə olan ölkənin isə dünya iqtisadiyyatının böyüməsində qabaqcıl olacağını bildirib. Bu yeddi ölkədə iqtisadi böyümənin 2018-ci ilə yaxınlaşarkən uzun müddətli olaraq artacağına diqqət çəkib.

Amerikanın səsi Radiosu VOA: “Amerikalı iş adamları Türkiyə ilə ABŞ arasında Bir Ticarət Razılaşmasının imzalanmasını istəyirlər.

Prezident Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona reallaşdırdığı səfəri zamanı baş tutan danışıqlarda gündəmə daxil edilən əhəmiyyətli mövzulardan biri də iki ölkə arasındakı iqtisadiyyat və ticarət əlaqələri olmuşdur. Türkiyə ilə Amerika arasında münasibətlərin illər ərzində siyasi və hərbi sahələrdə ön plana çıxmasına baxmayaraq, son illərdə iqtisadiyyat sahəsində də ciddi addımlar atıldı. Ərdoğan, Vaşinqtona səfəri zamanı amerikanın nəhəng şirkətlərinin nümayəndələrini qəbulu zamanı investisiya imkanlarını müzakirə etdi. Yığıncağa ev sahibliyi edən ‘Türkiyə İnvestisiya Dəstək və Təqdimat Agentliyi Invest Turkey’in məsləhətçisi Mustafa İlbeyli, Amerika iş adamlarının Türkiyə ilə Amerika arasında bir ticarət razılaşmasının imzalanmasını istədiklərini, lakin bunun gündəmə daxil olması halında özlərinin də lazımlı dəstəyi verəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr