Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

Xarici Mətbuat

Almanya, Deutsche Welle (DW): Almaniya Türkiyəyə qarşı sağlam düşüncəli davranmalıdır

    Almaniyanın son zamanlardakı davranışları Ankara ilə gərginliyə cəbəb oldu. Türkiyədə apreln 16-da keçirilə konstitusiya dəyişiklikləri referendumu ilə əlaqədar Almaniyanın qərəzli mövqeyi və  terrorçuları himayə etməsi gərginliyin əsas səbəbidir. Keçən il Federal Məclisdə qəbul edulən erməni iddialarından sonra da oxşar vəziyyət yaranmışdı. Hadisələrin bu şəkildə inkişafı  gərginlik yaratsa da, iki ölkə dialoq və əlaqələrini davam etdirməyə məcburdurlar. Çünki Türkiyə və Almaniya arasındakı əlaqələrun ən əhəmiyyətli tərəfini iqtisadiyyat və ticarət təşkil edir. İki ölkə bir-birinin ən əhəmiyyətli ticarət ortağıdır. Digər tərəfdən, Türkiyə Orta Şərqdən Avropaya pərakəndə miqrasiyanın qarşısının alınması məsələsində tampon funksiyasını daşıyır. Eyni zamanda, terrorun Avropaya sıçramasının da qarşısını alır. Analitiklər Almaniyanın Türkiyəyə qarşı yumuşaq siyasət yürütməsini və lazımsiz istiqamətə yönləndirməməsini məsləhət görürlər.

 

İspanya, "ABC"qəzeti: Türkiyə serialları 300 milyon dollar məbləğində gəlir gətirir

     Türk Hava Yolları (THY)  və Türkiyə serialları Türkiyənin markasını bütün dünyaya yaymaq üçün istifadə edilən ən əhəmiyyətli faktorlardır. Türkiyə serialları yalnız bir il ərzində 100 ölkəyə satılaraq, 300 milyon dollarlıq qazanc gətirdi. Beynəlxalq bazarlara çıxaraq böyüməyə davam edən Türkiyə serial sənayesi Ərəb və Latın ölkələrində diqqətçəkizi bir müvəffəqiyyət əldə etdi. Xüsusilə, Türkiyə Radio Televiziya Qurumunda (TRT) hər həftə göstərilən və tarixi işıqlandıran serialllar əcnəbi televiziya kanallarında da həyəcanla izlənir. Bunlardan biri də "Diriliş- Ərtoğrul" serialıdır. Prezident Rəcəb Tayyib Ərdoğanın Osmanlı xanədanının qurucusu Birinci Osmanın atasının həyatından bəhs edən serialı:"Aslanlar öz hekayələrini yazmağa başlamadıqca, ovçular hər zaman qəhrəman olacaq",- deyərək tərifləmişdi. Digər bir nümunə də, İkinci Əbdülhəmidin həyatından bəhs edən "Paytaxt Əbdlhəmid" serialıdır.

Rusiya, Rəsmi Xəbər Agentliyi "RİA Novosti": Türkiyə və Rusiya ixracda qarşılıqlı məhdudiyyətləri ləğv edir

Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç Rusiyanın Türkiyəyə tətbiq etdiyi məhdudiyyətlərinin ləğv  olunması ilə əlaqədar sənədlərin gələn həftə ərzində hazır olacağını bildirdi. Jurnalistlərə müsahibə verən Dvorkoviç: "Bu həftə bütün razılaşmaların qeydə alınacağını düşünürəm. Bəzi detallar üzərində işlər gedir" ifadələrini işlətdi. Nazir:"Sənədlər,demək olarki, hazırdır, protokol imzalandıqdan sonra məhdudiyyətlərin ləğv olunacağını düşünürəm" dedi. Rusiya başda pomidor və sitrus bitkiləri olmaqla, ehtiyacı olduğu tərəvəz və meyvələrin böyük qismini Türkiyədən alır. Bu məhsulların ixracındakı maneələr Rusiyada tərəvəz qiymətlərinin artmasına səbəb olur. Rusiya istehsalçıları da Türkiyəyə günəbaxan yağı və taxıl ixrac edə bilmədikləri üçün bu məhsulların əllərində qalmasından şikayət edirlər.

ABŞ, "Voice of America: UNESCO-da Harput konferansı

Harput Qalası, Ulu Cami, Məryəm Ana Kilsəsi, Alacalı Məscid, Ərəb Baba və Mənsur Baba Türbələri kimi bir sıra tarixi dəyərə ev sahibliyi edən Elazığın Harput qəsəbəsi UNESCO Ümumdünya Müvəqqəti Mədəni İrsi siyahısına daxil olmaq üçün yarışır. Harput Parisdəki UNESCO mərkəzində təşkil olunan "Harput Konfransı" ilə ilk addımı ataraq, bu yarışa iddialı hazırlandığını nümayiş etdirdi. Harput bütün mədəniyyətlərin birlikdə yaşadığı sülh şəhəri olmaqla yanaşı, şeirlə, mədəniyyətlə, musiqi ilə yaşayan bir mərkəzdir. Elazığ Mədəniyyət və Tanıtma Fondu UNESCO ilə ortaq işlərə davam edəcək. Fransanın paytaxtı Parisdə Harput türküləri əsasında bəstələnmiş simfoniyanın konserti təşkil ediləcək. Mədəniyyətlərə körpü olan Harput mədəni xəzinəsi ilə UNESCO-nun Ümumdünya  Mədəni İrsi siyahısında olnağı haqq edir.

 



Әlaqәli Xәbәrlәr