Xarici mətbuat

Gündəm xarici media vasitələrində:

Xarici mətbuat

Yunanıstan, “Newsbeast qəzeti”: “Xalqın iradəsini seçki qutusunda göstərdi və mübahisə sona çatdı”

Baş nazir Binali Yıldırım aprelin 16-da keçirilən yeni hökumət sistemini də əhatə edən referundumla əlaqəli ittihamların nəticəsini şübhəli göstərməyə dair səylərin boşuna olduğunu söyləyib. Yıldırım deyib ki, xalq iradəsini səs verərək ifadə etdi və mübahisə sona çatdı. Hər kəs nəticəyə hörmət göstərməlidir.

İngiltərə, “Reuters” xəbər agentliyi: “Ali Seçki Şurasına istiqamətli tənqidlər siyasi məqsədlidir”

Avropa İttifaqı naziri Ömər Çelik referendumda Ali Seçki Şurasının möhürsüz səs bülletenlərini etibarlı qəbul etmə qərarı ilə əlaqədar tənqidlərin siyasi məqsədli olduğunu söyləyərək sərt şəkildə pisləyib. Çelik Türkiyənin qanuni çərçivəsinin olduğunu, seçkilərdə şəffaf bir prosesin tətbiq edildiyini söyləyib.  Nazir Ali Seçki Şurasının qərarının tənqid edilməsinin səh olduğunu da bildirib.. O deyib ki,  Avropanın bəzi siyasi simaları referendumu Avropa-Türkiyə əlaqələrinin sonu kimi görür. Bu cür açıqlamalar da demokratiya mədəniyyətindən məhrum olduqlarını göstərir.

Almanya, “DPA” xəbər agentliyi: “Avrupalı müşahidəçilər PKK-ya simpatiya ilə yanaşan insanlardır”

Türkiyəyə konstitusiya dəyişikliyi üçün keçirilən ümumxalq səsverməni izləmək üçün göndərilən heyətdə iştirak edən Almaniyadakı Sol Partiyanın üzvü Andrej Hunkonun xain və terror təşkilatı PKK-ya simpatiya ilə yanaşdığı ortaya çıxardı. Beləcə avropalı müşahidəçilər tərəfsizliyini itirmiş oldu. Xarici işlər naziri Mevlüt Çavuşoğlu özünün “Twitter” səhifəsində Hunkonun PKK bayrağıyla çəkilmiş bir şəkilini paylaşdı. Çavuşoğlu bununla əlaqədar olaraq bildirdi ki, terror təşkilatı PKK-nın simvoluyla poza verən Hunko Avropa Şurasının seçki müşahidəçisidir. Bundanmı tərəfsizlik gözləyəcəyik?

İtalya, “Il Messaggero” qezəti: “Qərb dünyası Türkiyə mövzusunda ziddiyyətli mövqey ortaya qoyur”

Qərb dünyasının Türkiyəni doğru anlaya bilməsi üçün obyektiv olmağa ehtiyacı var. Avropa ölkələri özünün siyasi şübhəli yanaşmasını və nadanlıqlarını tərk etsələr Türkiyə ilə daha rahat əlaqələr qura bilmək üçn bir ümidə sahib olmaq mümkün olar. Qərb Türkiyənin sosioloji quruluşu və coğrafi mövqeyi ilə əlaqəli səhv fikirlərdən özünü xilas etməlidir. Qərb dünyası xüsusilə terrorla mübarizə mövzusunda, Türkiyənin verdiyi səmimi mübarizəni başa düşmək məcburiyyətindədir, çünki terror təşkilatlarının sığındıqları Suriya və İraq kimi ölkələrlə uzun sərhədə sahibdir. Bu çətin mərhələdə Türkiyə ilə daha yaxşı əlaqələr qurularsa Türkiyəni qazanma ehtimalı daha yüksə olacaq.



Әlaqәli Xәbәrlәr