Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

710962
Xarici Mətbuat

Rusiya, Sputnik: Ərdoğan: "Heç bir terror təşkilatının sərhədimizin dibində bayraq qaldırmasına yol vermərik"
 
 Prezident Rəcəb Tayyib Ərdoğan terör təşkilatları Türkiyənin sərhəd bölgələrindən tamamilə çəkilənədək əməliyyatların davam edəcəyini söylədi. Ərdoğan :"Buraları heç vaxt terror təşkilatlarına tərk edə bilmərik. İstər DEAŞ, istər PKK/PYD olsun, heç bir terror təşkilatının sərhədlərimizin dibində bayraq qaldırmasına yol verə bilmərik" dedi.
 

 Belçika, Avropa İttifaqı Xəbər Portalı: Prezident Aparatının sözçüsü İbrahim Kalından Avropaya ismarıclar
 
Türkiyə  Prezident Aparatının sözçüsü İbrahim Kalın: "Avropa sağ ekstremistlərə göz yummaqdan, terrorçulara vasitəçilik etməkdən və Türkiyəyə və xaricdə yaşayan vətəndaşlarımıza qarşı təcavüzkar davranışlar nümayiş etdirməkdən imtina edərsə mövcud vəziyyət düzələ bilər" dedi. Türkiyənin  NATO müttəfiqi və Avropa İttifaqı üzvlüyünə namizəd ölkə olduğunu xatırladan Kalın: "Öz hədəflərimiz uğrunda çalışıb, öz maraqlarımızı qoruyuruq. Heç bir tərəfdaşlıq birtərəfli ola bilməz. Türkiyə-Aİ münasibətləri də istisna deyil" dedi.

 

Qətər, "Al-Jazeera": "Avropa Türkiyənin inkişafına mane olmağa çalışır"
 
Türkiyənin baş naziri Binəli Yıldırım bəzi Avropa ölkələrinin Türkiyənin inkişaf edib böyüməsini istəmədiklərini, bu səbəblə də, Türkiyəyə qarşı mənfi mövqe nümayiş etdirdiklərini bildirdi. Bəzi ölkələrin faşist münasibəti  tətbiq etmələrinə aid nümunələr də göstərən Yıldırım: "Atları, itləri  ilə vətəndaşlarımızın üzərinə hücum etmədilərmi? Nazirlərimizə, millət vəkillərimizə mane olmadılarmı? Oynanan oyun böyükdür. Bizə mane olurlar, digər tərəfdən, PKK, Fətullahçı Terror Təşkilatı (FETÖ) ard-arda  mitinqlər keçirir, Qəndildən  terrorçuların başçıları da video konfransla o mitinqlərə qoşulurlar. Dostumuzu, düşmənimizi tanımalıyıq. Dostumuza canımız qurban, amma düşmənimizi da sevindirəcək işlər görməyəcəyik" dedi.
 
 ABŞ, Associated Press (AP): Türkiyə: "Əsəd hərbi cinayətlərə görə mühakimə olunmalıdır"
 
Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ  Suriya rejiminin başında duran Bəşər Əsədin hərbi cinayətlərə görə mühakimə olunmasının vacibliyini ifadə etdi. Akdağ Türkiyə tərəfindən aparılan təhlillərdə Əsədin Suriyanın şimalına etdiyi kimyəvi silah hücumundan sonra qurbanlar üzərində aparılan analizlərin nəticələrinin hücumda zarin qazından istifadə edildiyini təsdiq etdiyini söylədi. Akdağ beynəlxalq təşkilatlar və Birləşmiş Millətlər Təşkilatının Əsədi hərbi müqəssir elan edərək mühakimə etməsinin lazım olduğunu söylədi.

 

 



Әlaqәli Xәbәrlәr