Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında türkiyənin gündəmindəki əsas mövzularla əlaqəli əks edən xəbərlərin icmalı

Xarici Mətbuat

Associated Press Xəbər Agentliyinin “Ərdoğan: Avropada yaşayan Türklər Qitənin gələcəyidir” başlıqlı xəbirində: Prezident Rəcəb Tayyib Ərdoğan, Avropada yaşayan Qürbətçilərə çağırış edib ki, daha çox övlad sahibi olsunlar. övlatlarının daha yaxşı və mədəniyyətli səmtlərdə boya-başa çatmalarına etina göstərsinlər. Ən yaxşı avtomobillər   satın  alsınlar. Ən gözəl evlərdə yaşasınlar. Üç deyil, beş uşaq sahibi olsunlar. Avropanın gələcəyi sizlərsiniz. Bu addımlarınız Avropa ölkələrində məruz qaldığınız haqsızlıqlara ən güçlü cavab  olacaq  deyib”.

Əl Cəzirə veriliş orqanının “Ərdoğan: Maskalı Balo sona çatdı” başlığı ilə çatdırdığı xəbərdə: Prezident Rəcəb Tayyib Ərdoğan, son günlərdə Avropanın bəzi ölkələrinin, Türk nazirlərin Avropada yaşayan türklərlə görüşmələrinə irqçi və faşist tətbiqlərlə maneə törətmələrinə reaksiya verməkdə davam edir. Ərdoğan, son günlərdə Avropada müşahidə olunan Neo nasist tətbiqlərə işarə edərək, Türkiyənin irəliləməsinə qarşı həyata keçirilən mübarizənin yeni bir mərhələyə çatdığına diqqət çəkib. Avropalıların daha gerçək üzlərinin terrora verdikləri dəstəklə ortaya çıxdığını, maskalarının açıldığını qeyd edib.

Azərbaycanın Trend İnformasiya Agentliyi: “Avropa, separatçı terror təşkilatı PKK-ya hər cür dəstək verməkdə davam edir. Baş nazir Binali Yıldırım, 16 Apreldə konstitutiyaya dəyişiklik ilə əlaqəli keçiriləcək referandum kampaniyası çərçivəsində, Avstriyanın paytaxtı Vyanada baş tutan “prezident hökumət sistemi” mövzulu tədbirə telefon vasitəsiylə qatılıb. Binali Yıldırım: “Hadisələr göstərir ki, Avropada böyük oyun oynanır. Almaniya, Niderlan, Avstrirya, İsviçrə əl-ələ verərək terror təşkilatı PKK-ya lazımlı dəstəyi təmin edərkən, ölkəsini, millətini sevən soydaşlarımızın atdıqları bütün legitim addımların qarşısını alırlar” deyə  vurğulayıb.

Fransa xəbər agentliyi AFP: "Alman kəşfiyyatının çevriliş cəhdi ilə əlaqəli rolu müzakirə edilir. Türkiyə, Almaniya xarici kəşfiyyat başçısının, 15 iyul qanlı çevriliş cəhdinin yeganə məsulu olan Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY ilə əlaqəli açıqlamasına rəaksiya verib. Prezidentin baş katibi İbrahim Kalın, mövzu ilə əlaqəli açıqlamasında, bir çox hadisəyə biganə qalan Alman kəşfiyyatının, Türkiyədən Avropa ölkələrinə qaçan Fətoçuları paklayan şərhlər etdiyinə diqqət çəkib. Müdafiə naziri Fikri İşıq isə, Alman kəşfiyyat başçısının sözlərinin qəbul edilməz olduğunu, bu sözlərin Almaniya ilə əlaqəli şübhələrin artmasına gətirib çıxardığını, çevrilişə Alman kəşfiyyatının da tərəf   olduğuna dair sualların  yaranma səbəb olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr