Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

690360
Xarici Mətbuat

Associated Press (AP) Xəbər Agentliyi, "Qərbin faşizm və Nasizm ilə imtahanı" başlığı ilə çatdırdığı xəbərdə: Türk nazirlərinin demokratik haqları olan, xaricdə yaşayan vətəndaşlarıyla bir araya gəlmələrinə, öz ərazisi hesab edilən Türk konsulluğunda belə tədbir təşkil etmələrinə icazə verməyən Hollandiya hökumətinin bu Neo Nasist və faşist tətbiqinə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu sərt reaksiya verib. Çavuşoğlu, Hollandiyaya lazımlı cavabın veriləcəyini, bu ölkənin rəsmi Ankaradan üzr istəməsinin qənaətbəxş olmayacağını vurğulayıb. Hal-hazırda Ankaranın Niderland   səfirinin Türkiyəyə qayıtmasına  icazə vermədiyinə ifadə edən Çavuşoğlu, mövcud vəziyyətdə atacaqları başqa addımlar olduğunu bu addımları atmaqda imtina etmiyəcəklərini qeyd edib.

Rusiya, Xəbər Agentliyi Sputnik, “Hollandiyaya kəşfiyyat paylaşımına dair sanksiyası tətbiq edilə bilər” başlığı ilə çatdırdığı xəbərdə: Hollandiya hökumətinin Türk nazirlərinin bu ölkəyə daxil olmalarına icazə verməməsinə görə, bu ölkəyə sanksiya tətbiq edilə bilər. Türkiyə , bu mərhələdə Hollandiyaya ötürülən kəşfiyyat məlumatını məhdudlaşdırmağı planlaşdırır. Hollandiyanın Adanada Patriot batareyalarının olduğuna və 2013-ci ilin oktyabr ayında baş nazir Mark Ruttenin buranı ziyarət etdiyinə diqqəti çəkən Türkiyə mətbuatı, bu səbəblə daha Hollandiyalı səlahiyyətlilərin Türkiyəni ziyarətlərinin təxirə salına biləcəyini, bütün hərbi və VIP təyyarələrə Türk hava sahəsinin bağlana biləcəyini bildirib.

Bosnahersek.ba, Xəbər saytında, ‘Biz Hollandiyanının gerçək üzünü Srebrenitsada gördük” başlıqlı xəbərdə: Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda toplanan Türklər və çox sayda vətəndaş, Hollandiyanın, Ailə və Sosial Siyasətlər naziri Kayaya istiqamətli irqçi və antidemokratik rəftarından etiraz edib. Aksiyaçılar, 1995-ci ildə Srebrenitsada törədilən soyqırıma Hollandiyanın rolu olduğunu ifadə edərək bu ölkənin gerçək üzünü Srebrenitsada gördüklərini səsləndiriblər. Hər fürsətdə qadın hüquqlarından dəm vuran Avropanın bu sahədəki pozuntusuna diqqət kəçiblər və Hollandiyanın insan hüquqları və demokratiyanı müdafiə edəcək ölkə mövqeyində olmadığını qeyd ediblər. Bütün dünyaya bu irqçi zülmə biganə qalmamaları haqqında çağırış ediblər.

Almaniya, Deutsche Welle media orqanı, “Ərdoğanın Moskva səfəri” başlıqlı xəbərində: Prezident Rəcəb Tayyib Ərdoğanın 10 Martda Moskvaya reallaşdırdığı səfər, Türkiyə ilə Rusiya əlaqələrində əhəmiyyətli tarix olaraq yaddaşda qalacaq. Cənab ərdoğanın səfərindən səmərəli nəticə hasil olduğu müşahidə olunur. İki ölkə arasında xidmət və investisiya  razılaşması imzalanması mövzusunda mütabiq qalındı. Rusiyanın sahib olduğu qaz ehtiyatlarının Avropaya çatdırılması, elektrik sahəsindəki əməkdaşlıq, bəzi kənd təsərrüfatı məhsullarına tətbiq olunan sanksiyaların ləğv edilməsi, iş adamlarına viza rejiminə son qoyulması və Akkuyu Nüvə Güc stansiyası mövzusunda irəliləyiş təmin edilməsi, səfərin müsbət nəticələrini göz önünə sərir.



Әlaqәli Xәbәrlәr