Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında Türkiyənin gündəmindəki əsas mövzular ilə əlaqəli əks edən xəbərlərin icmalı

688769
Xarici Mətbuat

Belçika xəbər kanalı Euronews: Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Konstitusiyaya dəyişikliyin referanduma çıxarılacağı 16 Aprel əvvəli Hollandiyada qatılmağı planlaşdırdığı tədbirlə əlaqəli açıqlamasında bu ölkədəki siyasətçilərin mənfi rəftarlarına sərt reaksiya verib. Xin Çavuşoğlu: “Hollandiyaya gedəcəyəm. Bunu hər kəs bilsin, belə tətbiqlər və maneələr, bizi planlarımızdan daşındıra bilməyəcək. Vətəndaşlarla yaşadıqları yerlərdə bir araya gəlməyimizin qarşısını kimsə ala bilməz. Vətəndaşımız harada bizi istəsə, nə zaman istəsə gedərik” deyə vurğulayıb.

Veriliş orqanı Əl- Cəzirə, “İsveçrədə Çavuşoğluna maneə yoxdur” başlıqlı xəbərində: “İsveçrə, xarici işlər naziri Mevlüt Çavuşoğlunun bazar günü reallaşdırmağı planlaşdırdığı Sürix səfəri və həmin səfər çərçivəsində qatılacağı tədbirin qadağan edilməsini tələb edəcək heç bir maneənin olmadığını bildirib”. İsveçrə Xarici İşlər Nazirliyindən mövzu ilə əlaqəli açıqlamada, Türkiyənin xarici işlər nazirinin Sürixə səfərinin daxili təhdid ünsürü yaratmadığı, bu səbəblə də bu səfərin qadağan edilməsi üçün səbəb olmadığı, heç bir qeyri-adi təhdidin, ifadə azadlığının məhdudlaşdırılmasına dəlil təşkil edilə bilməyəcəyi vurğulanıb. Xatırladaq ki, Sürix Təhlükəsizlik İdarəsi, Federal Şuraya müraciət etmişdi ki, Çavuşoğlunun 12 Martda reallaşdırılması planlanan Sürix proqramı ləğv edilsin. Buna təhlükəsizlik rejimini səbəb kimi göstərmişdi.

Azərbaycan xəbər agentliyi trend: “Baş nazir müavini Numan Kurtulmuş: Bu millət, demokratiyanı yenidən qazandı”. Bəyoğlu Bələdiyyəsinin dəstəyi ilə Türkiyə Xəbər Operatorları Dərnəyi tərəfindən 110 xəbər jurnalistinin qələmə aldığıAzərbaycan xəbər agentliyi trendkitabının müəlliflərinə və 15 iyulda demokratiya tərəfində duran media təşkilatlarına təşəkkür məqsədilə İstanbuldakı Əmək Kinoteatrında təqdimat mərasimi keçirilib. Mərasimdə Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş da iştirak edib.

Kurtulmuş mərasimdəki çıxışında Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FƏTO/PDY) 15 iyuldakı çevriliş cəhdi gecəsi Türk mediasının dünyaya nümunə ola biləcək bir mövqe tutaraq tarixi bir rol oynadığını qeyd etdi.

Qanlı çevriliş cəhdinin dəf olunmasında millətin roluna toxunan Kurtulmuş: “Bu millət demokratiyanı yenidən qazandırdığı kimi, bəzi dəyərləri də yenidən qazanmış oldu. Həmrəyliyi o axşam öyrəndik. Bir yerdə olmağı, vətənpərvər olmağı, ölkəyə sahib çıxmağı, fərqlilikləri bir kənara qoyaraq birlik ruhunda hərəkət etməyi o axşam çox acı şəkildə gördük. Amma bu millət 15 iyulda təkcə çevrilişə cəhd göstərən FƏTO dəstələrinə və quldurlarına qarşı deyil, onların arxasında duran havadarlarına qarşı da böyük bir millət olduğunu sübut etdi " dedi.

Krım Xəbər Agentliyi: “Rusiya, Türkiyədən kənd təsərrüfatı məhsullarını yenidən idxal etməyə başlayır”. Türkiyə baş naziri Binali Yıldırım, Rusiya baş naziri Dmitriy Medvedev arasında telefon danışığı olub. Medvedev, görüş əsnasında bəzi kənd təsərrüfatı məhsullarının Türkiyədən Rusiyaya ihracatına imkan yaradan qərarnamə imzaladığını bildirib. İki həmkarın, prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyaya reallaşdıracağı səfər çərçivəsində baş tutacaq Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurası toplantısı əvvəli reallaşdırdığı telefon danışığında, ikitərəfli əlaqələrin əmin addımlarla atılması və əlaqələrin irəli pillələrə çıxarılması mövzusundakı arzu daha bir dəfə təsdiq edilib.



Әlaqәli Xәbәrlәr