TRT Xәbәr

TRT - XƏBƏR

Hədəflər

TRT - XƏBƏRTRT'nin Xəbərlər proqramı ictimaiyyətin ölkədə və dünyada yaranmış iqtisadî, elmî, texniki, sənət və mədənî fəaliyyətlər barədə, düz, kifayətli və bir o qədər də tez məlumat almasını,
Pluralist demokratiya, hüququn aliliyi prinsipinə uyğun olaraq ictimaiyyətin; düz xəbər almasını, sağlam və azad bir ruhla yetişməsini, demokratik bir toplumda pluralizmin təkidini,
Mübahisələrin və müxtəlif fikirlərin söylənməsinə imkân verən aktual mövzularda müxtəlif cür yozumlanan problemlərdə xalqın hər şeyin düzünü öğrənməsini hədəf götürmüşdür.

Xəbərçiliyin əsasları

  • TRT - XƏBƏRXəbərləri və hadisələri ən tez şəkildə və düz çatdırmaq. Lâzım gələrsə daxili və Türkiyə'ni maraqlandıran xaricdəki hadisələr haqda o sahədə mütəxəssis olan şəxs vəya şəxslərin yozumuna imkân yaratmaq.
  • Türkiyə Cümhuriyyəti'nin milli həmrəylik və ədalət anlayışıyla insan hüquqlarına hörmət edən, demokratik, dünyəvi və ictimai bir hüquq dövləti imicini möhkəmləndirən fikirləri ətraflı şəkildə çatdırmaq.
  • Türkiyə'də, Türk Dövlət və topluluqlarında, o cümlədən dünyada yaranan hadisələri xəbər bulletenlərində müasir yayımçılıq anlayışıyla bitərəf şəkildə xalqa çatdırmaq. Önəmli hadisələrin ətraflı şəkildə yozumlanmasına imkân yaradan xəbər proqramları hazırlamaq. İctimaiyyətin səhv başa düşməsinə amil olacaq, onları təhrik edəbiləcək xəbərlərdən və xəbər proqramlarından kənarda dayanmaq.
  • Xəbər bulletenlərini və xəbər proqramlarını qanunlar çərçivəsində, Əsasqanuna uyğun şəkildə, qurumlar və təşkilatlar arasında hərhansı fərq qoymadan bitərəflik, düzlük əsasları daxilində ən tez şəkildə, imkânlar çərçivəsində radio üçün ayrı, televiziya üçün də ayrı hazırlamaq.
  • Dövlətin siyasî, iqtisadî və ictimaî sahədə gördüyü işlər barədə vətəndaşların fikrini əks etdirən fikirlərin xəbərlər vasitəsilə səslənməsinə imkân yaratmaq.
  • Beynəlxalq xəbər qurumlarıyla əlaqələr yaradıb inkişaf etdirərkən, xaricdən yayılan xəbərlərin yerli agentliklər və TRT'nin öz mənbələri tərəfindən təsdiqlənməsinə cəhd etmək. Xəbərləri, xəbər agentliklərindən gəldiği kimi yox, müasir xəbərçiliyin də əsasını təşkil edən qiymətləndirmə ilə təqdim etmək.
  • TRT'nin xəbər bulletenlərində habelə xəbər proqramlarında Türkiyə'nin və dünyanın bütövüylə əlaqəli ya da dünya ictimaiyyətinin marağını cəlb edən hadisələri ictimaiyyətə bitərəf şəkildə çatdırmaq.
  • Xəbər bulletenlərində və xəbər proqramlarında yayım aparatının xüsusiyyətinə uyğun şəkildə təqdimat metodları həyata keçirərək, xəbər bulletenlərində əvvəlcədən alınmış məlumatlar əvəzinə müxbirlərin canlı şəkildə xəbərin yarandığı yerdən çatdırdığı məlumatların birbaşa efirə buraxılmasını təmin etmək. Xəbərləri televiziya ekranında kadr, səs, şəkil və animasiyadan istifadə edərək çatdırmaq. Mövzuyla əlaqəsi olmayan kadrları göstərməmək. Arxiv materiallarının istifadəsində də “arxiv" sözündən hökmən istifadə etmək.
  • Xəbərləri təqdim edərkən yozumlara və qiymətləndirmələrə daim müraciət etmək. Xəbər bulletenlərində halhazırda və gələcəkdə beynəlxalq əlaqələrə ziyan verəbiləcək siyasî və ideoloji yozumlar aparmamaq, xəbər və yozumların mənbələrinin bildirilməsinə həmişə diqqət yetirmək.
  • Çox az şəxsi ya da hərhansı bir bölgəni maraqlandıran özül qoyma, obyekti istifadəyə vermə, diplom vermə kimi mövzulara həsr olunmuş xəbərləri də əlaqəli kütlələri nəzərə alaraq hazırlamaq. Şişirdilmiş protokol xəbərçiliyi səviyyəsindən kənarda dayanmaq.
  • Siyasî xəbərlərdə və xəbər proqramlarında həmişə bitərəflik, düzlük və aktuallığa həssasiyyətlə uymaq. Siyasî partiyaların bəyanatlarının xülasələndirilməsində bəyanatın məqsədini və əsl məramının itməsinə imkân yaratmamaq.
  • Birtərəfli və tərəf saxlayan yayımlardan kənarda dayanmaq. Bir siyasî partiyanın, bir qrupun, bir çevrənin, bir inamın vəya fikrin mənafeinə vasitə olmamaq. Məhkəmələr tərəfindən qəti qərara yetişilmədiği müddətcə heç kəsi ittiham etməmək, adını yaymamaq.
  • Siyasî, iqtisadî və ictimaî sahədə görülən işlər barədə xalqın reaksiyasını öyrənmək və ictimaiyyətə çatdırılmasına çalışmaq. Müsahibələr, yığıncaqlar təşkil etmək.

TRT Xəbərləri barədə daha artıq məlumat üçün: www.trthaber.com