TRT-Türkiyənin səsi” haqqında

Türkiyə'də radio yoluyla xaricə ilk veriliş, 1937. ilin Yanvar ayının 8'i günü Ankara Radiosu'ndan aparılmışdır. Hatay vilayəti problemi səbəbilə reallaşdırılan bu yayımda Başnazir İsmət İnönü'nün mövzuyla bağlı nitqi Ərəb dilinə tərcümə edilərək efirə buraxılmışdır.
Bu verilişin Suriyə, İskəndərun sancağı və ətrafında öz təsirini göstərməsi nəzərə alınaraq İstanbul Radiosu'ndan “Ərəbcə Xəbərlər" yayımlanmağa başlayıb. Hatay problemi həllə qovuşduqdan sonra müntəzəm olmayan bu verilişlər axıra çatdırılmışdır.
Türkiyə radiolarında müntəzəm xaricə verilişlər 28 Oktyabr 1938. il tarixində 20 kilovatlıq ötürücü ilə Türkcə, İngiliscə, Fransızca və Almanca aparılmağa başlanmışdır.
İkinci Dünya Müharibəsi müddətində “Qısa Dalğa Ankara Radiosu" apardığı bitərəf verilişlərilə dünya radioları arasında ictimaiyyətin diqqətini cəlb etmişdir.
1943-1949. illər arasında Amerika, Qərbi Avropa, Uzağ Şərq və Avustraliya'nı əhatə edən yayımlar aparabilmək imkânı yaranmışdır.
Xaricə aparılan yayımçılıqda 1949-1958. illəri arası həddən artıq önəmli bir mərhələdir. Bu dövrdə Türkiyə, NATO'ya daxil olmuş, Korea Döyüşləri'ndə iştirak etmiş və Qərb dünyası ilə əlaqələrini inkişaf etdirmişdir.
Yarandığı gündən Qısa Dalğa Ankara Radiosu adıyla xaricə aparılan yayımlar 1963. ilin Yanvar ayından tutmuş Türkiyə'nin Səsi adıyla dünya ictimaiyyətinə çatdırılmışdır.
Türkiyə'nin Səsi, 1 May 1964. ildə Türkiyə Radio Televiziya Qurumu'nun yaranmasıyla yanaşı TRT bünyəsində yaradılan yeni bir bölmə ilə yayımlarını reallaşdırmışdır.

TÜRKİYƏ'NİN SƏSİ

Halhazırda Türkiyə Radio Televiziya Qurumu'nun ölkə xaricinə mail radio yayımları Türkiyə'nin Səsi Radiosu tərəfindən aparılır.
Dış Yayımlar Dairəsi Başqanlığı'nın məsuliyyətindəki Türkiyə'nin Səsi (VOT) hər gün Türkcə, Almanca, Albanca, Azərbaycan Türkçəsi, Boşnaqca, Bolqarca, Çincə, Daricə, Farsca, Fransızca, Gürcücə, Xorvatca, İngiliscə, İspaniyolca, İtaliyanca, Qazağstan Türkcəsi, Qırqızstan Türkcəsi, Tatarıstan Türkcəsi, Türkmənistan Türkcəsi, Urduca və Qrekce olmaqla 29 dildə veriliş aparır.
Türkiyə'nin Səsi'ylə aparılan yayımlar qısa dalğa ötürücülər, peyk və internet xəttindən dünyanın dörd bir küncünə çatdırılır. Türkiyə'nin Səsi məhəlli FM radiokanalları vasitəsilə də öz torunu inkişaf etdirərək dinləyicilərə daha yaxın olmaq, verilişlərdə məhəlli möhtəvanı artırmaq üçün cəhd edir.
Türkiyə'nin Səsi, bitərəf, etimad edilən və sürətli xəbər çatdırmağı məqsəd götürərək, hər qrup və hər yaşdakı dinləyicini nəzərə alan maraqlı proqramlarıyla yayımlarını aparır, dünyanın ən etimad edilən xəbər mənbəi kimi yerini möhkəmləndirir.
Xəbər və xəbər proqramlarıyla mədəniyyət, sənət və musiqi verilişlərinin öz çəkisini hiss etdirdiği yayımlarda Türkiyə və Türklər hərtərəfli şəkildə tanış edilir. Türkiyə'nin regional əməkdaşlığını ön plana çıxaran, qonşularıyla olan əlaqələri inkişaf etdirməyə yönəlik siyasətilə uyğun olan verilişlərində sülh və mədənî əməkdaşlıq temalarını daim nəzərə çarpdırır.