TRT haqqında

Türkiyә'dә, “dövlәt xidmәti yayımcılığı" dedikdә “ilk “ vә “yeganә" olma xüsusiyyәtinә malik olan TRT Qurumu, 1964'cü il May ayının birindә yaradıldı.
1927. il Mayın 5'dә yayım işinә başlayan radio isә, hәmin tarixdәn tutmuş TRT'nin çәtri altına daxil oldu. Düymәsinә basdığımız vәya kanalını dəyişdirdiğimiz vaxt bizi fәrqli dünyalara aparan radioya, 60.cı illәrin axırında bir dost daha qoşuldu: Televiziya… Türkiyә televiziya ilә, 1968. il Yanvarın 31'dә ilk dәfә TRT vasitәsilә tanış oldu. 81 yaşındakı radio vә 40 yaşındakı televiziya yayımcılığı ilә TRT, Cümhuriyyәt tarixinin yaddaşı, tәcrübәsi, mәsuliyyәt anlayışı ilә, bir etimad abidәsi, həm də birlik vә bәrәbarliyimizin simvolu oldu.
İşlәyәnlәrdəki hәr çәtinliyin öhdәsindәn gәlmә әzmi, güzәştә gedәrәk işlәmәsi qısa müddәt әrzindә bәhrәsini verdi vә TRT, Türk millәtinin ürәyindә özünә məxsus daimi bir yol saldı. Türkiyә'nin hәm jurnalistika mәktәbi, hәm dә әn etimad edilәn yayım qurumu olaraq zәmanәmizә gәlib çıxan TRT, radio vә televiziya efiri sahәsindә әn uğurlu kadrları da öz daxilindә yetişdirdi. Әlbәtdә vәziyyәt belә olduqda birbirindәn gözәl vә rәngli proqramlar da Türkiyә'nin televiziyasında vә radiosunda öz әksini tapdı.
TRT, radio vә televiziya sahәsindә sadәcә bir “Yayım Qurumu" olmaqla kifayәtlәnmәdi, eyni vaxtda “ köklü bir tәhsil qurumu" kimi dә bir vәzifә öhdәlәndi…
Hәmin vәzifә, sadәcә yayım kadrları yetişdirmәk cәhәtdәn yox, xәbәr vә informasiya ötürdüğü tamaşaçıların da tәhsilinә mail proqramlar cәhәtdәn dә vaz keçilmәz әhәmiyyәt daşımışdır…
Bu sәviyyәdә mәnalı vә vaz keçilmәz bir missiyaya malik olan TRT, tәrәfsiz, etimadlı xәbәr anlayışı vә “dövlәt yayımcılığı" prinsipindәn güzәştә getmәyәn keyfiyyәtli proqramları ilә, dünyanın mötәbәr yayım qurumları arasındakı öz etibarlı yerini tutmuşdur.

Onun bu nailiyyәtindә əsas amilə çevrilən ünsürlәri, bu titrlәrlә sadalamaq mümkündür:

Mәsuliyәtli vә etimadlı informasiya -ABŞ-Vaşinqton, Belçika-Brüssel, Misir-Qahirә, Almaniya-Berlin, Ş.Q.T.C-Lәfkoşa, Azәrbaycan-Bakı, Türkmәnistan-Aşqabad, Özbәkistan-Daşkәnd vә dünyanın dörd bir guşәsindәki müxbirlәr… Xülasә olaraq; Amerikadan Avropa'ya vә Asiya'ya, Ortaşәrq'dәn Qafqazlar'a qәdәr, bir çox önәmli mәrkәzdә xidmәtә verdiği büro vә nümayәndәliklәrlә TRT; hәm Türkiyә'nin hәm dә dünyanın gözü-qulağıdır…
-Mәrkәzi Ankara ilә yanaşı İstanbul, İzmir, Antalya, Çuxurova, Diyarbәkir, Әrzurum vә Trabzon Bölgә Müdirliklәrindә hәrәsi öz sahәsindә ixtisaslaşmış tәcrübәli müxbirlәr, hәmçinin Türkiyә'nin dörd bir guşәsindәki mәhәlli müxbirlәrilә dinamik bir informasiya toru…
-Doğru, düzgün, tәrәfsiz, etimadlı informasiya anlayışı ilә dinlәyicilәrinin vә tamaşaçılarının gözündә bir “etimad" markası olmuşdur…

Hәr yaşa vә mәdәniyyәtә məxsus verilişlәr

Tәlim-mәdәniyyәt, musiqi-әylәncә, uşaq vә idman proqramları, söhbәtlәr, sәnәdli filmlәr, bediî filmlər, kinofilm sahəsinin әn gözəl filmlәrindәn ibarәt keyfiyyәtli verilişlәr… Beynәlxalq standardlara uyğun veriliş dairәsilә, tәhsil, yaş vә ictimaî-iqtisadî sәviyyәlәri cәhәtdәn fәrqlәnmәlәr araya qoyan geniş bir dinlәyici vә tamaşaçı kütlәsini tәmin etmәk vә onların rәğbәtini, dayağını qazanan bir veriliş qurumu olmaq…
-Dördü millî, ikisi beynәlxalq, biri regional olmaqla 7 televiziya kanalı ilә dünyanın dörd bir guşәsindәn tamaşa edilәcәk sәviyyәdә olmaq…

Televiziya Kanalları:

TRT 1: Ailә kanalı 168 saat
TRT 2: Xәbәr, bilik, mәdәniyyәt vә sәnәt kanalı 168 saat
TRT 3: Gәnclik vә idman kanalı 54 saat
TRT GAP: Şәrq vә Cәnubişәrqi Anadolu Bölgәlәrinә mail verilişlәr 69 saat
TRT 4: Tәhsil vә Musiqi 139 saat
TRT INT: Dünya üçün veriliş 168 saat
TRT TURK: Mәrkәzi Asiya vә Qafqaziya'ya mail veriliş 119 saat

-Beynәlxalq sunî peyk vә 2 әdәd zeminî stansiyası ilә, Avropa vә Asiya yayım qurumları arasında körpü işi görәn; ölkә vә dünya gündәmi haqqındakı әhvalatları, üzvü olduğu milli-beynәlxalq yayım quruluşları vә xәbәr agentliklәri vasitәsilә, o lәhzә vә bütün detalları ilә çatdırma hәcminә malik böyük bir potensiyal…
-Xüsusilә Avropa'da yaşayan hәmvәtәnlәrimizә mail veriliş aparan vә dünyanın bir çox guşәsindәn tamaşa edilәbilәn TRT-INT kanalı ilә, ölkә xaricindәki Türklәrlә mәdәni әlәqalәrin güclәndirilmәsinә dayaq olmaq… TRT-INT kanalını güclәndirәrәk, üzümüzә gәlәn dövrdә beynәlxalq sahәdә mötәbәr xәbәr kanalları ilә rәqabәt edә bilәcәk sәviyyәyә qaldırmaq.

TRT'nin qurulma mәrhәlәsindәki televiziya kanalları

Fәrqli dil vә lәhcәlәrdә danışan vәtәndaşlarla vә yenә hәmin dillәrdә danışan bölgә ölkələrini veriliş aparma xidmәtilә tәmin etmәk üzrə Qırmançi vә Zazaca lәhcәlәrindә veriliş aparan yeni bir televiziya kanalı xidmәtә verilmәsi üçün yeridilәn fәaliyyәtlәr davam edir. Farsca vә Әrәbcә danışan xalqlarla Tükiyə arasındakı әlaqәlәri güclәndirmәk üçün hәmin dillәrdә veriliş xidmәti çatdırmaq da hədəflər arasında yer tutur.
-Türk vә Dünya uşaqlarına xitab edәbilәcәk sәviyyәdә bir “Uşaq Kanalı" tәşkil edilmәsi üçün göstәrilәn cәhdlәr…

Radioda 81 illik tәcrübә

TRT radioları, 4 millî, 5 regional radio kanalı vә Turizm Radiosu ilә; tәcrübәli kadrları, musiqinin dәyişik sahәlәrindәki xorları, istedadlı sәnәtkarları, uşaq vә gәnclik klubları, zәngin arxivi, bilgisayarla dayaq olunan verilişlәri, son texnologiya ilә tәchiz olunmuş studiyaları, güclü ötürücülәri vә müasir yayımcılıq normalarına uyğun proqramları ilә, vәtәndaşlarımızın ürək dostu olmağa davam edir.

Radio Kanalları

Radio 1: Tәlim, mәdәniyyәt, xәbәr kanalı. Hәyata dair hәr mövzunun müzakirә edildiği proqramları vә saat başı xәbәr bulletenlәrilә, dinlәyicilәrin üzdöndərilməz bir məkanı olmağı düz 81 ildir davam etdirir.
Radio 2( TRT FM): Türk Sәnәt Musiqisi, Türk Xalq Musiqisi vә estrada musiqisinin әn gözәl nümunәlәrinin yer tutduğu populyar musiqi kanalıdır.
Radio 3: Klassik Musiqi, Caz vә opera.
Radio 4: Türk Xalq Musiqisi vә Türk sәnәt Musiqisi.
Radionun 4 milli kanalı da, Türkiyә'nin hәr tәrәfindә vә internetdә bütün dünyada 24 saat efirdәdir.
5 Regional Radio verilişi
Trabzon Radiosu, Әrzurum Radiosu, QAP-Diyarbәkir Radiosu, Antalya Radiosu, Çuxurova Radiosu… Turizm Radiosu da verilişlәrilә, hәm Türk turizminә hәm dә ölkәmizdәki turistlәrә xidmәt edәrәk mühüm bir vәzifә öhdәlәnmişdir.

Dünyaya 29 dildә radio verilişi

Ölkә xaricindәki Türklәrin öz ölkәlәrilә әlaqә saxlamasına imkân yaradan vә Türkcә daxil 29 dildә veriliş aparan Türkiyәnin Sәsi Radiosu (TSR-VOT) ölkәnin vә dünyanın hәr bir guşәsinә sәsimizi çatdırabilir. Türkcə, Almanca, Albanca, Azərbaycan Türkçəsi, Boşnaqca, Bolqarca, Çincə, Daricə, Farsca, Fransızca, Gürcücə, Xorvatca, İngiliscə, İspaniyolca, İtaliyanca, Qazağstan Türkcəsi, Qırqızstan Türkcəsi, Pәştuca, Tatarıstan Türkcəsi, Türkmənistan Türkcəsi, Urduca və Qrekcə verilişləri dünyanın hər guşəsinə Qısa Dalğa, Peyk ve İnternet üzərindən, həmçinin ortaq verilişlər aparan xarici FM radioları üzərindən dünyaya çatdırır.

Dünyanı qucaqlayan yayım toru

Yayımcılıq sahәsindәki hәr növ yeni media xidmәtlәrini әn qısa müddәt әrzindә mәnimsәyәn; keçmişә söykәnәn bilik, tәcrübә vә sınaqları ilә hәr keçәn gün “müasir, güclü vә etimadlı" bir yayım quruluşudur…
Yayımcılıq sahәsindәki әn böyük tәcrübә, texniki tәchizatı ilә dә hazırda dayandığı nöqtәdә göz qamaşdırır.
TÜRKSAT 2A vә TÜRKSAT 1C(3A) peyklәri üzәrindәn, qurumumuz radio vә televiziya yayımlarını digital sahәyә nәql edir.
Ankara, İstanbul vә İzmir vilayәtlәrindәn digital televiziya yayımı sınaqları isә 24 saat fasilәsiz davam etdirilir.

İnternetdә dә TRT

Digital dövrdә tamaşaçıların intizarlarına cavab verә bilmәk vә texnologiyanın imkanlarını xalqa tәqdim etmәk istәyәn TRT, bu sahәdә dә çox önәmli layihә vә fәaliyyәtlәri qısa müddәt әrzindә hәyata keçirmişdir. 1999. il Mayın 1-dә www.trt.t-net.tr ünvanlı internet sәhifәsini istifadәyә vermişdir. Dünya sәviyyәsindәki internet istifadәçilәrinin TRT yayım xidmәtlәrini әldә edәbilmәlәrinә imkân yaratmaq mәqsәdilә, radio vә televiziya yayımları canlı olaraq internәtdә aparılmağa başlandı. Hәmçinin Türkiyә'dәn vә dünyadan yeni xәbәrlәri, iqtisadî vә maliyyә bazarlarındakı әhvalatları, idmanın bütün rәnglәrini, hava şәraitini, radio vә televiziya proqramlarının saatlarını hәmin sәhifәdә görmәk mümkündür.
TRT İnternet yayımcılığında yeni addımlar götürərək özünün internet səhifəsini (saytını) digər dillərdə də hazırlayır və birbə bir xidmətə verir. İlkin planda 11 dildə başladılan xarici dillərdə internet yayımlarının qısa müddət sonra Türkiyə'nin Səsinin digər xarici dillərində də başladılması üçün fəaliyyətlər davam edir

TRT arxivi, Türkiyә'nin kadrlı(görüntülü)-sәsli yaddaşı

Cümhuriyyәt dövründә qoyulmuş әn mühüm addımlara şahidlik edәn, Cümhuriyyәtlә bütövlәşmiş bir qurumdan söhbət getdikdə, ara yerә әlbәtdә zәngin bir arxiv çıxır. TRT sadәcә kadrlı-sәsli materialı bir yerdә saxlamır, bununla yanaşı dünyanın әn müasir texnologiyalarından istifadә edәrәk uzun bir keçmişi olan radio-televiziya irsini də qoruyub saxlayır. Dәyişik tarixlәrә vә formatlara aid bu materiallar, möhdәva cәhәtdәn analiz edilir vә lazım gәlәn dәyişikliklәr aparılaraq digital mediaya da tәqdim edilir.

TRT Market

TRT Market, TRT'nin arxiv vәsfinә malik proqramlarını vә Musiqi әsәrlәrini kadrlı, sәsli vә nәşr olunmuş әsәrlәr olaraq xalqa tәqdim edir.

TRT böyük vә önәmli tәdbirlәrә qol çәkir

“TRT Beynәlxalq 23 Nisan Uşaq Şәnliyi" kimi çox böyük bir tәdbirlә, hәr rәng, dil vә dindәn dünya uşaqlarını düz 30 ildir, 10 gün müddәtlә Türkiyә'dә qonaq edәrәk, Dünya sülhünә çox önәmli dayaq verәn vә beynәlxalq tәdbirlәrdә dә daimî olma xüsusiyyәtinә malik bir qurumdur…
-Avrovision Mahnı Mübasiqәsi, Dünya Kuboku, Olimpiadalar, Dünya Universitet Oyunları kimi mühüm beynәlxalq tәdbirlәrdә dә yenә TRT vardır…
Qısa müddәtli bir ayrılıqdan sonra Dünya Kuboku heyәcanı tәkrarәn TRT ekranlarındadır. Futbolsevәnlәr 2010 vә 2014 Dünya Kubokuna yenә TRT'nin fәrqlənən yönüylә tamaşa edәcәklәr vә әlbәtdә ki, olimpiadaların bütün rәnglәrinә idmanın dәyişmәyәn ünvanı TRT'dә tamaşa etmәk imkânı olacaqdır.
-Yayımçılıq sahәsindәki hәr növ yeni media xidmәtlәrini әn qısa müddәt әrzindә mәnimsәyәn, keçmişә әsaslanan bilik vә tәcrübәsilә hәr ötәn gün “gәlәcәyә üz tutan güclü vә etimadlı" bir yayım qurumudur…
Başqa sözlә Türkiyә'nin dünyaya, dünyanın Türkiyә'yә açılan pәncәrәsi…Budur, bütün xüsusiyyәtlәri bir arada, sadәcә üç hәrflә ifadә etmәk mümkündür: TRT

ÜZVLÜKLӘR

EBU-Europәn Broadcasting Union (Avropa Yayım Birliyi) ABU-Asia-Pacific Broadcasting Union (Asiya-Pasifiq Yayım Birliyi)
HFCC/ASBU-İnternational Hig Frequency Broadcasting Coordination Group (ABU Qısa Dalğa Koordinasiya Qrupu)
ABU-HFC (ABU High Freguency Broadcasters Coordination Group (Qısa Dalğa Yayımcıları Koordinasiya Qrupu)
IMC-İnternasional Music Council (Beynәlxalq Musiqi Şurası) EIM-European İnstitutә Of Media UNESCO Turkish National Committee Turkish National Council of Press ( Avropa Media İnstitutu YUNESKO Türk Milli Komitәsi Türk Millî Mәtbuat Şurası)
CMC-(Centre Meditterraneen dö la Communication Audiovisölle (Ağdәniz Kadrlı-Sәsli Rabitә Mәrkәzi)