"İranın İsrail ilə müharibə etmək kimi bir strategiyası yoxdur", H.Fəlahətpişe

İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Komissiya sədri Haşmətullah Fəlahətpişe ölkəsinin İsraillə müharibə etmək kimi bir strategiyasının olmadığını söyləyib.

1149474
"İranın İsrail ilə müharibə etmək kimi bir strategiyası yoxdur", H.Fəlahətpişe

  İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Komissiya sədri Haşmətullah Fəlahətpişe ölkəsinin İsraillə müharibə etmək kimi bir strategiyasının olmadığını söyləyib.

  İranın Şebistan xəbər agentliyinə verdiyi açıqlamada Fəlahətpişe bildirib: “İsrail və İran arasında son zamanlar dərinləşən gərginliyə baxmayaraq, rəsmi Tehranın Tel-Əvivə qarşı hərb strategiyası yoxdur.”

  Xatırladaq ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif 17 oktyabrda 55-ci Münhen Təhlükəsizlik Konfransında etdiyi çıxışında “İsrail ilə hərb təhlükəsi xeyli yüksəkdir” cümləsini işlətmişdi. Haşmətullah Fəlahətpişe isə buna cavab olaraq deyib:

  “Cənab Zərif çıxışında əhəmiyyətli mövzuları dilə gətirdi, ancaq İsraillə hərb məsələsinə toxunmamalı idi. Çünki nə İranın strategiyasında İsraillə müharibə etmək var, nə də İsrailin İranla.

  İsrail 2006-cı ildə Livan, 2008-ci ilin axırında Fələstində İranın müttəfiqlərinə qarşı başladığı müharibələrdə məğlub oldu, buna görə İranla savaşmağı düşünməz.

  Rəsmi Tehran işğal altındakı Fələstin torpaqlarındakı xalqın hüquqlarını qorumaq üçün referendum keçirilməsini istəyir. Yəni İranın strategiyası İsraillə müharibə yox, işğal altındakı Fələstin torpaqlarında referendum keçirilməsidir”.

  Fəlahətpaşa Rusiyanın İran qüvvələrini Suriyadan çıxarmaq istədiyi iddialarına da toxunara bunları söyləyib:

  “Rusiya kimi aktyorların İdlibdə rol almasına mane olmaq məqsədilə İranı bu ölkədən çıxarmaq istədiyi” iddialarının əksinə İran özü bu hücumlarda yer almaq istəmir”.



Әlaqәli Xәbәrlәr