Səudiyyə Ərəbistanında ilk dəfə bir Yapon bankı açıldı

Səudiyyə Ərəbistanı xəbər agentliyi SPA-nun məlumatına görə, Yaponiya maliyyə quruluşu olan “Sumitomo Mitsui”, paytaxt Riyadda ilk şöbəsini xidmətə verdi.

Səudiyyə Ərəbistanında ilk dəfə bir Yapon bankı açıldı

Bankın açılış mərasiminə qatılan Yaponiyanın Riyaddakı səfiri Tsukasa Uemura, “Sumitomo Bank”ın , dünyanın nəhəng bankları arasında iştirak etdiyinə qiqqət çəkib və maliyyə təcrübəsinin güclü olduğunu bildirib. Şöbənin açılması ilə bu ölkədəki Yapon investorların artacağına əminliyini qeyd  edib.

2014-cü ildə neft qiymətlərinin ucuzlaması ilə Səudiyyə Ərəbistanı yeni investisiyalar cəlb etmək üçün tədbirlər görür. Bu çərçivədə xarici banklara ölkədə şöbə açmaları üçün lazımlı imkanlar yaradır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 12-si yerli, 13-ü xarici olmaqla 25 bank fəaliyyət göstərir.

 



Әlaqәli Xәbәrlәr