“Ölkənin hərbi gücünü artırmaqda davam edəcəyik”, H. Ruhani

İran prezidenti Həsən Ruhani ölkəsinin hərbi gücünü artırmaq istiqamətində addımlar atmaqda və raket proqramının gücləndirməkdə davam edəcəklərini açıqladı.

İran prezidenti Həsən Ruhani İran İslam İnqilabının 40-cı ildönümü ilə bağlı mərasimdə paytaxt Tehranda toplaşan xalqa müraciət edib.

 ABŞ və Qərb ölkələrindən yüksələn etirazlara baxmayaraq ölkəsinin hərbi gücünü və raket proqramını genişləndirməyə davam edəcəyini açıqlayan Ruhani, "Müxtəlif raketləri istehsal və inkişaf etdirmək üçün heç kəsdən icazə almamışıq və almayacağıq. Biz yolumuza və hərbi gücümüzə davam edəcəyik" deyib.

Ruhani insanların çətinliklərlə qarşı-qarşıya qalsalar belə, İranın ABŞ sanksiyalarını məğlub edəcəyini bildirərək ABŞ-ın İrana qarşı qurduğu "hiylələrin" heç vaxt məqsədinə çatmayacağını vurğulayıb.

Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyi sözçüsü Behram Qasımi də keçən günlərdə ABŞ-ın rəsmi Tehranın BMT-nin 2231 saylı qərarına zidd rəftar etdiyi barədəki iddiaları ilə əlaqədar açıqlama yaymışdı.

Әlaqәli Xәbәrlәr