Bәsәr Әsәdә sadiq qüvvәlәr İdlibi yenә top atәşinә tutub

Suriyada Bәşәr Әsәdә sadiq qüvvәlәr  vә İranın dәstәklәdiyi terror qruplaşmaları İdlibdәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Bәsәr Әsәdә sadiq qüvvәlәr İdlibi yenә top atәşinә tutub

 

Suriyada Bәşәr Әsәdә sadiq qüvvәlәr  vә İranın dәstәklәdiyi terror qruplaşmaları İdlibdәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücum nәticәsindә 5 dinc sakin hәlak olub.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn, rejim qüvvәlәri  Xan Şeyxun qәsәbәsinin Cercenaz vә Tuh bölgәlәri ilә Taminiyyә vә Tel Mines kәndlәrinә, hәmçinin Xama şәhәrinin şimalındakı Latamine vә Kefer Zita qәsәbәlәrini top atәşinә tutub.

Rejim qüvvәlәrinin Xan Şeyxuna endirdiyi zәrbәlәr nәticәsindә 5 dinc sakin hәlak olub. Tel Minesә  endirilәn zәrbәlәr nәticәsindә isә 3 dinc sakin yaralanıb.

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmilәri mәlumat verib.

Mәlumatda bölgәdә axtarış-xilasetmә әmәliyyatlarının davam etdirildiyi bildirilib.

Qeyd edәk ki, Rejim qüvvәlәrinin  İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrinә bu il tәşkil etdiyi hücumlar nәticәsindә 40 dinc sakin hәlak olub, 200-dәn çox adam da xәsarәt alıb.



Әlaqәli Xәbәrlәr