Qazaxıstan Xəzər dənizinin hüquqi statusuna dair sazişi təsdiqlədi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzər dənizinin hüquqi statusuna dair sazişin təsdiqlənməsiylə bağlı qanunu imzaladı.

Qazaxıstan Xəzər dənizinin hüquqi statusuna dair sazişi təsdiqlədi

Ötən il Avqust ayında Qazaxıstan, Azərbaycan, Rusiya, İran və Türkmənistan tərəfindən imzalanan müqavilənin tərəfdaş ölkələrin parlamentləri və prezidentləri tərəfindən qəbul edilməsi gözlənirdi ki, Qazaxıstan Parlamenti keçən həftə təsdiqlədi.

Razılaşmaya görə tərəflər Xəzər dənizində suverenlik və müstəsna hüquqa sahib olacaqlar. Xəzər Denizindəki fəaliyyətlərini, suverenliyə, ərazi bütövlüyünə, müstəqilliyə, bərabərliyə hörmət, güc və təhdidlərdən imtina edilməsi, əməkdaşlıq, daxili işlərə müdaxilə etməmək prinsipləri əsasında icra ediləcək. Xəzər dəniziylə əlaqəli bütün problemlər sülh çərçivəsində həll edilicək. Xəzəryanı ölkələr istisna olmaqla dənizdə xarici hərbi qüvvələr olmayacaq. Burada dənizçilik, balıqçılıq, bioloji resursların istifadəsi və qorunması, mədən kəşfi və istehsalı kimi fəaliyyətlər aparılabiləcək. Xəzər dənizi, daxili su dəniz dibi ərazilərinə, sahillərinə, balıqçılıq sahələrinə və ortaq su sahələrə bölünəcək və tərəf olan ölkələr müqaviləyə uyğun olaraq təyin olunan sərhəddən 15 dəniz mili məsafəyə qədər sahillərini təyin edəcək.

Dənizə sahili olan ölkə süni adaları, qurğuları və strukturları qurmaq, idarə etmək və istifadə etmək hüququna malik olacaq.

Hər ölkə 10 dəniz mili balıqçılıq sahə yaradıb və həmin bölgədə balıq tumaq hüququna sahib olacaq.

Tərəflər, Xəzər dənizinin dibinə dəniz altı kabellər və boru xəttlərini beynəlxalq müqavilələrdə müəyyən edilmiş standartlar çərçivəsində çəkə biləcəklər.

Xəzər dənizinin canlı zənginliyinə zərər verəcək fəaliyyətlərin aparıla bilməyəcəyi ifadə edilən sənədə görə, tərəflər verəcəkləri zərərdən məsul olacaqlar. Beynəlxalq terror, qeyri-qanuni silah, narkotik maddə qaçaqmalçılığı dəniz qaçaqmalçılığı və digər cinayətlərə qarşı mübarizə aparacaqlar.

 



Әlaqәli Xәbәrlәr