Uçqun faciəsində 8 adam öldü
Əfqanıstanın Badahşan vilayətində uçqun faciəsində 8 adam öldü.

Səhiyyə Nazirliyinin sözçüsü Vahidullah Mayar faciə ilə bağlı jurnalistlərə verdiyi açıqlamada hadisənin Badahşanın Ragistan qəsəbəsinin Zenendab kəndində baş verdiyini bildirib. Buna bölgədə günlərdir davam edən güclü qar yağışının səbəb olduğunu qeyd edib. Sözçünün məlumatana görə 8 nəfərin həyatını itirdiyi faciə nəticəsində 3 nəfər də yaralanıb. Güclü qar yağışı səbəbindən Badahşanın 12 rayonuna uzanan yollar get-gələ bağlanıb.