Suriyada DEAŞ-ın nəzarət məqsədilə istifadə etdiyi məscidlərdən biri vuruldu

Suriyanın Deyrizor şəhərinin Şəfafiyə ərazilərində məscidlərdən biri terror təşkilatı DEAŞ əleyhinə Birləşmiş Vəzifə Gücü tərəfindən vurulub.

Birləşmiş Vəzifə Gücünün həmin mövzuyla bağlı açıqlamasında bildirilib ki, 17 yanvar 2019-ci il tarixində Suriyanın Şəfafiyə bölgəsində DEAŞ-ın məscidlərdən birindəki nəzarət və əmr obyekti koalisiya tərəfindən vuruldu. DEAŞ vurulması qadağan edilən obyektlərdən istifadə edərək, buraları hədəfə çevirir. Bu hücumda suriyalı tərəfdaşlarımıza təhdid təşkil edən terrorçular öldürüldü və DEAŞ-ın digər bir ölümcül hücum gücünə sahib obyekti məhv edildi.

Qeyd edək ki, koalisiyanın keçən ay Heccin qəsəbəsində bir məscidi və bir xəstəxananı hədəf götürdüyü hücumlarda isə onlarla dinc vətəndaş həlak olmuşdu.

Әlaqәli Xәbәrlәr