“ABŞ-dan İran ilə  əməkdaşlıq edən ölkələrə təhdid”

ABŞ-ın sanksiyalarına görə neft ixracında çətinlik çəkirik. Bunu İran Büdcə və Planlaşdırma Agentliyinin rəhbəri Məhəmməd Bekir Nobext Kirman şəhərini ziyarəti zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.

“ABŞ-dan İran ilə  əməkdaşlıq edən ölkələrə təhdid”

İranın ABŞ sanksiyalarına qarşı ciddi mübarizə etdiyini ifadə edən Nobext neft ixracını gəmilərlə reallaşdırmaq məcburiyyətində qaldıqlarını, ancaq gəmi sektoruna da sanksiya tətbiq olunduğunu, bu problemlərə qarşı 5 ildir mübarizə etdiklərini vurğulayıb. O qeyd edib ki, bunun yeganə məsulu Trampdır. Bu şəxs beynəlxalq cəmiyyətlə dialoqumuzu davam etdirməğimizi istəmir. Dostlarımızı təhdid edərək bizimlə əməkdaşlıq etmələrinə maneə törədir.



Әlaqәli Xәbәrlәr