“ABŞ dünyaya hakim ola bilməz”, C.Zərif

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dünyaya hakim ola bilməyəcəyini söylədi.

“ABŞ dünyaya hakim ola bilməz”, C.Zərif

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dünyaya hakim ola bilməyəcəyini söylədi.

İraqdakı Kərbəla Konsulluğunda keçirilən yığıncaqda çıxış edən Zərif "İraqdakı yüksək vəzifəli səlahiyyətlilər bizimlə əməkdaşlıq etməkdə qətiyyətli olduqlarını bildirdilər. Lakin aşağı vəzifədə olan şəxslərlə regional hakimiyyətlər bunu qəbul etmirlər, çünki onlar ABŞ hegemonyasından qorxurlar" deyə qeyd etdi.

İranın idxal etdiyi sementə tətbiq olunan gömrük vergisinin Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gətirilən sementlə müqayisədə daha yüksək olduğunu vurğulayan Zərif rəsmi Vaşinqtonun İrana tətbiq etdiyi sanksiyalardan heç nə əldə edə bilməyəcəyini dedi.

“ABŞ-ın hakimiyyətinin özünün sanksiyalarla əlaqəli olaraq 7 milyard dollar xərci çıxıb və bu sahədə heç bir qazancının olmadığını etiraf etdi. ABŞ dünyaya hakim ola bilməz. Bu həqiqətlə addımlarımızı atmalıyıq” deyə Cavad Zərif vurğuladı.  

Qeyd edək ki, İranın Xarici İşlər naziri Cavad Zərif 4 günlük səfəri çərçivəsində bazar günü Bağdadda İraqın Baş naziri Adil Abdulmehdi, Məclis sədri Məhəmməd əl-Halbusi və Xarici İşlər naziri Məhəmməd əl-Həkim ilə, srağa gün isə Ərbildə İraq Kürd Regional İdarənin Baş naziri Nəçirvan Bərzani və sabiq rəhbər Məsud Bərzanilə bir araya gəlmişdi.



Әlaqәli Xәbәrlәr