Münbiçdә partlayış, çox sayda ABŞ әsgәri xәsarәt alıb

Suriyanın Münbiç bölgәsindә  baş verən partlayış nəticəsində çox sayda ABŞ әsgәri xәsarәt alıb.

1127107
Münbiçdә partlayış, çox sayda ABŞ әsgәri xәsarәt alıb

Suriyanın Münbiç bölgәsindә  baş verən partlayış nəticəsində çox sayda ABŞ әsgәri xәsarәt alıb.

Yerli mәnbәlәrin yaydığı mәlumata әsasәn, hadisə bölgәnin  mərkəzində ABŞ hərbi patrulunun hərəkət yolunda baş verib.

Mәlumata görә, ABŞ ordusu helikopterlә әsgәrlәrini bölgәdәn tәxliyyә edib.

Partlayışa görә mәsuliyyәti terror tәşkilatı DEAŞ öz üzәrinә götürüb.

Qeyd edәk ki, Hәlәbin Münbiç bölgәsi 2016-cı ilin avqust ayından  etibarәn YPG/PKK terrorçularının nәzarәtindәdir.

ABŞ Türkiyәyә bölgәnin DEAŞ-dan azad edilmәsindәn sonra YPG/PKK terrorçularının buradan çıxacağı ilә bağlı söz vermişdi.

Xatırladaq ki, Türkiyә ilә ABŞ iyun ayında Münbiçlә bağlı yol xәritәsi mәsәlәsindә razılıq әldә etmişdi.

Plan çәrçivәsindә Türkiyә vә ABŞ bölgәdә birgә nәzarәt fәaliyyәtlәrini davam etdirir.



Әlaqәli Xәbәrlәr