Pakistanda “Fetö” məktəbləri TMV-nə təhvil verildi

Pakistanın Peşəvər şəhərindəki Fetullahçi Terror Təşkilatı(fetö)-nun nəzarətində olan məktəblərin Türkiyə Maarif Vəqfinə (TMV) təhvil verilməsi ilə əlaqəli işlər tamamlandı.

Pakistanda “Fetö” məktəbləri TMV-nə təhvil verildi

Bu gün ölkənin şimalındakı Hayber Pahtunhva ştatının paytaxtı Peşəvər şəhərində baş tutan danışıqlar nəticəsində məktəblər Türkiyə fonduna təhvil verildi.

TMV nümayəndə heyəti Pakistanda əyalət Daxili İşlər və tayfalar üzrə nazir İkram Xanı ziyarət edərək məlumat verdi. Xan isə təhvil işlərində özünü təmsil edən bir rəsmi vəzifələndirdi.

Hayatabad kampüsündə təşkil edilən mərasimdə, TMV vəkili Semiha Sarıçam və TMV Pakistan üzrə direktoru Səlahəddin Batur təhvəl sənədlərini imzaladıqdan sonra Batur yaydığı açıqlamada digər şihərlərdə olduğu kimi Peşəvərdəki məktəblərdə də şagirdlər və müəllimlər tərəfindin sevgi ilə qarşılandıqlarını bildirib.

Qeyd edək ki, Pakistan Konstitusiya Məhkəməsi Dekabr ayında, FETÖ-nü terror təşkilatı elan edərək nəzarətindəki məktəblərin TMV-nə təhvilinə dair qərar qəbul etdi.



Әlaqәli Xәbәrlәr