“Ölkəm ABŞ-ın istədiyi kimi “normal” bir ölkə ola bilməz”, C.Zərif

İranın Xarici İşlər naziri Məhəmməd Cavab Zərif ölkəsinin ABŞ-ın istədiyi kimi “normal” bir dövlət ola bilməyəcəyini bildirərək, rəsmi Vaşinqtonun Tehranı itirdiyini qəbul etməsinin vacibliyini dilə gətirib.

Cavad Zərif ABŞ-ın Dövlət katibi Mayk Pompeonun İran ilə əlaqəli bəyanatlarına sosial şəbəkə üzərindən cavab verərək bildirib ki, ABŞ nə zaman haraya müdaxilə edibsə orada xaos, təzyiq və nifrət yaranıb. Pompeo İrandan “normal bir ölkə olmasını istəyir. İran ancaq cəhənnəm buz tutanda ABŞ-ın kukla rəhbərliklərini təqlid edə bilər və Mayk Pompeonun insan haqları modellərini tətbiq edərək “normal” ölkə olar ki, bu da ABŞ-ın istədiyi Şah idarəsi yaxud indiki qəssab idarələrdir. Buna görə ABŞ-ın İranı itdirdiyini qəbul etməsi ən yaxşı yoldur.

Qeyd edək ki, ABŞ-ın Dövlət katibi Mayk Pompeo çıxdığı Orta Şərq səfərinin ilk dayanacağı İordaniyada yaydığı bəyanatda İrandan “normal” bir ölkə olmasını istədiklərini bildirərək “İrana qarşı təzyiqi sadəcə diplomatiya sahəsində deyil ticarət sahəsində də iki dəfə artıracağıq” demişdi.

Әlaqәli Xәbәrlәr