İordaniyadan İrana çağırış

İordaniya İrana çağırış edib ki, Bəsrə körfəzi sularında balıq tutduqları əsnada səhvən İranın ərazi sularına daxil olduqları  üçün saxlanan 3 İordaniyalı balıqçı azad edilsin.

İordaniyadan İrana çağırış

İordaniya Xarici İşlər Nazirliyindən yayılan məlumata görə nazirliyin baş katibi Zeyd əl-Levzi, İranın Amman səfiri Müctəba Firdevs ilə görüşüb və ölkəsinin İranda həbs edilən 3 İordaniyalının dərhal sərbəst buraxılması tələbini bildirib.

Saxlanan İordaniyalıların vəziyyətlərinin yaxşı olduğunu ifadə edən səfir isə, hüquqi prosesi tamamlandıqdan sonra onların sərbəst buraxılacaqlarını zəmanət edib.

Qeyd edək ki, İordaniyanın Xarici İşlər Nazirliyi, 3 balıqçının 27 Dekabr 2018-ci ildə Körfəzdə balıq tutduqları əsnada İran tərəfindən saxlandıqlarını bildirmişdi.

 



Әlaqәli Xәbәrlәr