Yunanıstanın baş naziri fevral ayında Türkiyəyə səfərə gələcək

Yunanıstanın baş naziri fevral ayında Türkiyəyə səfərə gələcəkYunanıstanın baş naziri Aleksis Çipras fevral ayında Türkiyəyə səfərə gələcəyini bildirdi.

1122727

Çipras Yunanıstanın “Open TV” kanalına müsahibəsində prezdent Rəcəb Tayyib Ərdoğanın dəvətinə görə planlaşdırılan Türkiyə səfəri barədə deyib ki, səfər fevral ayının əvvəlinə planlaşdırılır, ancaq tarix hələ də dəqiq deyil.

İki ölkə arasındakı rabitə kanallarının xüsusilə problemlər olduğu zamanlarda açıq olmasının vacibliyinə toxunan Çipras “Ərdoğan ilə bu kanalın açıq qalması əhəmiyyətlidir, xüsusilə də problem olduğu vaxtlarda. Əsasən prezident Ərdoğanla hər 2-3 aydan bir beynəlxalq tədbirlərdə bir araya gəlirəm. Çünki yaxın münasibət, xüsusilə bunun ən yüksək səviyyədə olması əhəmiyyət kəsb edir” deyib.

Әlaqәli Xәbәrlәr