YPG/PKK terrorçuları ASO-nun nəzarətindəki bölgәyә hücum etdi

Hücum nәticәsindә Azad Suriya Ordusunun iki üzvü hәlak olub.

YPG/PKK terrorçuları ASO-nun nəzarətindəki bölgәyә hücum etdi

Separatçı terror təşkilatı YPG/PKK-nın nәzarәtindәki  Sim Rüfət bölgәsindәn Azad Suriya Ordusunun  nəzarətindəki bölgəyə raket mәrmisi atılıb. Atılan raketin Amerika Birlәşmiş Ştatları tәrәfindәn istehsal edildiyi bildirilib.

Hücum nәticәsindә Azad Suriya Ordusunun iki üzvü hәlak olub.

Hələb vilayətinin şimalındakı Tel Rüfət bölgəsini işğal edən YPG/PKK terrorçuları  səhər radәlәrindә  Azez rayonunun  Kelcibrin kəndindəki cəbhə xəttində patrul vәzifәsini icra edәn Azad Suriya Ordusuna aid avtomobilә  hücum edib.

Hücum nәticәsindә Azad Suriya Ordusunun iki üzvü hәlak olub.

Qeyd edәk ki, YPG/PKK terrorçuları dünәn dә müxaliflәrin maşınlarını hәdәfә almışdı. Hücum nәticәsindә ölәn vә ya xәsarәt alan olmamışdı.



Әlaqәli Xәbәrlәr