ABŞ Suriya müxalifətini təhdid etdi

Türkiyə Suriyada Fərat çayının şərqindəki separatçı terror təşkilatı YPG/PKK ünsürlərinə hərbi hərəkata hazılaşdığı bir zamanda Amerika Birləşmiş Ştatları Suriya hərbi və siyasi müxalifətini əməliyyata qatılmamaqla bağlı təhdid etdi.

  ABŞ prezident Rəcəb Tayyib Ərdoğanın Fəratın şərqindəki on minlərlə kvadrat kilometr ərazini işğal edən YPG/PKK-ya qarşı hərbi əməliyyat başlayacağını elan etdikdən sonra bunun qarşısını almaq üçün səylərini artırdı.

  Amerika hökuməti Suriya müxalifətini təhdid etməyə başladı: ABŞ prezidenti Donald Tramp, nazirləri və hərbi səlahiyyətliləri rəsmi Ankaradakı həmkarlarına narahatedici mesajlar göndərməyə başladı.

  Amerikalılar Azad Suriya Ordusu qrupları və “müxalifətin damı” olan Suriya Müxalifəti və İnqilabçı Qüvvələr Koalisiyasına göndərdikləri təhdid məktublarında Türkiyənin reallaşdıracağı hərbi hərəkata qatılmamalarını tələb etdi. Əks təqdirdə, əməliyyatda iştirak edəcək tərəflərin ABŞ ordusuyla birbaşa qarşılaşacağı bildirilir.

  Üstəlik ABŞ səlahiyyətliləri "Fillər hirsləndimi, oradan uzaq durmalısınız" deyə təhdid edib.

Әlaqәli Xәbәrlәr