İranlı millət vəkili Kuddusi: "Parlamentin yarısı rejimin dağılmasını istəyir"

İran parlamentinin Məşhəd millət vəkili Cavad Kərim Kuddusi millət vəkillərinin yarısının rejimin dağılması üçün səy göstərdiyini iddia etdi.

1103342

 Mühafizəkar Müqavimət cəbhəsinə yaxınlığı ilə tanınan Kuddusi "Twitter" hesabından bölüşdüyü ismarışında: "Parlamentin 50 faizi rejimin dağılmasını istəyir. 2009-ci ildəki fitnə hərəkatında də hədəf rejimin dağıdılması idi. Bu gün məclisin 50 faizi pərdə arxasında fitnə hərəkatına rəhbərlik edənləri dəstəkləyir" yazdı.

 İranda 2009-ci ilin prezident seçkilərində islahatçı müxalif lider Mir Hüseyn Musəvinin də namizədlər arasında olduğu seçkiləri mühafizəkarların dəstəklədiyi Mahmud Əhmədinejad qazandı.
 
 Musəvi seçkilərin saxtalaşdırıldığını bildirdi.
 
 Bu qarışıqlıqda baş verən küçə iğtişaşlarında qeyri-rəsmi rəqəmlərə görə, 100-dən çox insan həlak oldu.
 
 Musəvi heç bir məhkəmə icraatı olmadan hadisələrin səbəbkarı kimi 2011-ci ildən bu yana həyat yoldaşı Zəhra Rahneverd və parlamentin sabiq  sədri Mehdi Kerrubiylə ev həbsində saxlanılır.

Әlaqәli Xәbәrlәr