İsrailin Fələstinlilərə istiqamətli təzyiqi artaraq davam edir

İsrail əsgərləri işğal altında olan İordan çayının qərb sahilində daha 14 fələstinlini nəzarətə götürüblər

İsrailin Fələstinlilərə istiqamətli təzyiqi artaraq davam edir

İsrail ordusunun yazılı açıqlamasında bildirilib ki, İordan çayının fərqli ərazilərində həyata keçirilən əməliyyatlarda terror fəaliyyətlərinə qatıldıqları səbəbiylə 14 Fələstinli tutulub. Onlar dindirilmək üzrə bölgədəki sorğu mərkəzlərinə cəlb olunublar.

Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür. İsrail rejimi həbsxanalarında 300-ü uşaq olmaqla, təxminən 7 min fələstinli var və bu say durmadan artır.



Әlaqәli Xәbәrlәr