İranda bombalı hücum; həlak olanlar var

İranın cənub-şərqindəki Sistan və Beluçistan ostanının Çabahar şəhərində polis bölməsinə bombalı hücum təşkil edildi.

İranda bombalı hücum; həlak olanlar var

İranın cənub-şərqindəki Sistan və Beluçistan ostanının Çabahar şəhərində polis bölməsinə bombalı hücum təşkil edildi. 

Hücumda 4 nəfər həlak oldu, çox sayda insan yaralandı.
 
 İran dövlət televiziyası Çabahar şəhərindəki Rigi prospektində yerləşən polis bölməsi yaxınlığında bomba yüklü avtomobillə törədilən hücumla bağlı xəbər yaydı.
 
Sistan və Beluçistan ostanının valisi Məhəmməd Hadi Maraşi: "Bu səhər Çabahardaki bir bölməyə təşkil olunan hücum nəticəsində çox sayda insan yaralandı" dedi.
 
 Maraşi hücumun bomba yüklənmiş yük maşını ilə törədildiyini qeyd etdi.
 
 İran dövlət televiziyası isə hücumda 4 nəfərin öldüyünü bildirdi.



Әlaqәli Xәbәrlәr