700 mindən çox Əfqanıstan qaçqını İranı niyə tərk etdi?

İranda Əfqanıstan qaçqınlarından 700 mindən çoxu son zamanlar iqtisadi problemlərin hökm sürməsilə bağlı vətənlərinə geri qayıtdı.

iran'daki afgan gocmenler1.jpg

  Birləşmiş Millətlər Təşkilatı Miqrasiya  İdarəsindən verilən açıqlamada bildirilib ki, 1 dekabrdan bəri İrandan ölkələrinə qayıdan Əfqanıstan köçkünlərinin sayı 721 minə çatıb.

   BMT-nin hesabatında qeyd edilib ki, Əfqanıstan miqrantlarının ölkələrinə geri qayıtmalarına İran milli valyutasının sürətlə dəyər itirməsi, ölkədə hökm sürən siyasi və iqtisadi böhrana görə iş tapmaqda çətinlik çəkmələri səbəb olub.

  İran mediasının xəbərinə görə, Əfqanıstan köçkünlərinin çoxu öz ölkəsinə qayıtsa da, hazırda İranda qalanlar Türkiyə üzərindən Avropaya getməyə çalışır.



Әlaqәli Xәbәrlәr