Əfqanıstan  hökuməti ilə Taliban arasında sülh danışıqları davam edir

Əfqanıstanda yerli seçkilərin keçiriləcəyi 20 Aprel 2019-cu il tarixinə qədər Taliban ilə sülh razılaşması imzalana bilər. Bu babrə ABŞ-nın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad məlumat yayıb.

1090430
Əfqanıstan  hökuməti ilə Taliban arasında sülh danışıqları davam edir

Xüsusi nümayəndə sülh danışıqları çərçivəsində Qətərdə Taliban ilə keçirdiyi görüşlərdən sonra qayıtdığı paytaxt Kabildə təşkil etdiyi mətbuat konfransında, prosesə daxil olan bütün tərəflər və əfqanlı qruplar ilə bir araya gəldiyini, Əfqanıstan hökumətinin sülhdən tərəf olduğunu vurğulayıb. Talibanın da silahlı mübarizə ilə nəticə əldə edə bilməyəcəyinin idrakında olduğunu, bu səbəbdən problemlərin siyası və sülhpərvər yollarla həllini istədiyini ifadə edən Xəlilzad: Talibanın Qətərdəki ofisində baş tutan danışıqlara təşkilatın Herat vilayəti üzrə keçmiş rəhbəri Hayrullah Hayırxah ilə Talibanın ordu nümayəndəsi Məhəmməd Fazlinin də qatıldığını bildirib.

 

 



Әlaqәli Xәbәrlәr