• Video Qalereya

Koalisiya qüvvәlәrinin hücumu nәticәsindә 17 dinc sakin hәlak oldu

Amerika Birlәşmiş Ştatlarının rәhbәrliyindәki koalisiya qüvvәlәrinin Suriyanın şәrqindәki Deyrizor qәsәbәsindәki bir kәndә tәşkil etdiyi hava hücumları nәticәsindә 17 nәfәr hәlak olub.

Koalisiya qüvvәlәrinin hücumu nәticәsindә 17 dinc sakin hәlak oldu

Amerika Birlәşmiş Ştatlarının rәhbәrliyindәki koalisiya qüvvәlәrinin Suriyanın şәrqindәki Deyrizor qәsәbәsindәki bir kәndә tәşkil etdiyi hava hücumları nәticәsindә 17 nәfәr hәlak olub.

Deyrizordakı mәnbәlәrin yaydığı mәlumata әsasәn, koalisiya qüvvәlәri Deyrizorun şәrqindәki bölgәlәrdә terror tәşkilatı DEAŞ-ın nәzarәtindәki  Süsә bölgәsinin Әlbubәdran kәndinә zәrbәlәr endirib.

Hücum nәticәsindә çoxu uşaq vә qadın olmaqla 17 dinc sakinin hәlak olduğu bildirilib.

Deyrizordakı mәnbәlәrin yaydığı mәlumata әsasәn, koalisiya qüvvәlәrinin dünәn terror tәşkilatı DEAŞ-ın nәzarәtindәki Heccin bölgәsinә endirdiyi zәrbәlәr nәticәsindә әksәriyyәti qadın vә uşaq olmaqla 20 nәfәr hәlak olmuşdu.

Belәliklә son üç gün әrzindә hәyata keçirilәn hücumlar nәticәsindә hәlak olanların sayı 37 nәfәrә çatıb.

Separatçı terror tәşkilatı YPG/PKK isә ABŞ-ın dәstәyi ilә Fәrat çayının şәrqindәki Deyrizor qәsәbәsinin şәrq vә qәrb bölgәlәrini nәzarәtinә keçirir.

ABŞ-ın havadan  Fransanın isә qurudan dәstәk verdiyi YPG/PKK sentyabrın 11-dәn etibarәn Deyrizoru terror tәşkilatı  DEAŞ-dan tәmizlәmәyi hәdәflәyir.  

Qeyd edәk ki, Suriya әrazisinin tәxminәn 28 faizi terror tәşkilatı YPG/PKK-nın nәzarәtindәdir.

DEAŞ isә Suriyanın üç bölgәsindә mövcudluğunu davam etdirir. Mәlumata görә, Suriya әrazisinin tәxminәn 3.3 faizi terror tәşkilatı DEAŞ-ın nәzarәtindәdir.



Әlaqәli Xәbәrlәr