• Video Qalereya

İran Suriyada universitet açacaq

İran paytaxt Tehrandakı  Terbiyet-i Müderris Universitetinin bir şöbəsinin Suriyada açılacağını bildirdi.

İran Suriyada universitet açacaq

İran Tehranda Suriya-İran Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşən İran Elmi-Tədqiqat və Texnologiya naziri Mansur Golami Suriyada Tehrandakı Terbiyet-i Müderris Universiteti nəzdində bir universitet açılacağını bildirdi.
 
Xəbəri  İran rəsmi xəbər agentliyi IRNA yaydı.
 
Mansur Golami Terbiyet-i Müderris Universitetinin suriyalı tələbələrin öz ölkələrində təhsil alması məqsədilə yaradılacağını qeyd edərək:"Bu universitet suriyalı tələbələrə, xüsusilə, magistr və doktorantlara öz ölkələrində təhsil alma imkanı qazandıracaq" deyib.
 
 Çox sayda suriyalı tələbənin magistratura və doktorantura təhsili üçün İrana getdiyini deyən Golami:" Ölkəmizdə daha çox tələbəni qəbul etməyə də hazırıq. Universitetlərimiz, elm və tədqiqat mərkəzlərimiz, Suriyanın üzləşdiyi problemlərin həllinə töhfə verəcək  imkanlara malikdir" deyə danışıb.
 
 Suriyanın gələcəyində fərqli sektorlarda yer almaq istədiklərini bir neçə dəfə ifadə edən İran rəsmiləri Bəşər Əsəd rejimi ilə daha əvvəl yenidənqurma, infrastruktur və ticarət müqavilələri imzalamışdılar.
 
 Suriyada çoxsaylı İran hərbçisi və Tehran dəstəkli şiə milis qüvvələri mövcuddur.



Әlaqәli Xәbәrlәr