İran parlamentdəki millət vəkili sayını artırır

Millət vəkili sayının artırılmasını nəzərdə tutan qanun layihəsi Məclis Daxili İşlər və vilayət məclisləri Komissiyasında qəbul edildi.

1086052
İran parlamentdəki millət vəkili sayını artırır

İsfahan Millət vəkili, Daxili İşlər və vilayət məclisləri komissiyası üzvü Əsgər Səlimi, layihənin 10 gün ərzində məclisin ümumi iclasında müzakirə ediləcəyini bildirib.

Səliminin məlumatına görə millət vəkili sayının 290-dən 330-ə artırılması planlaşdırılır. Qanun layihəsinin qəbul edilməsi halında başda paytaxt tehran olmaqla 20 əyalətdə millət vəkili sayı artırılacaq. Bunun şəhərlərin böyüməsi və əhali sayının artması ilə əlaqəli olduğu qeyd edilir.



Әlaqәli Xәbәrlәr