İsrail qüvvələri Fələstin rəhbərliyinin Qüds valilik binasına basqın etdi

İsrail qüvvələri Ər-Ramın  Əl-Berid nahiyəsində yerləşən Qüds valiliyinin binasına basqın təşkil etdi.

1081210
İsrail qüvvələri Fələstin rəhbərliyinin Qüds valilik binasına basqın  etdi

 
 İsrail qüvvələri Ər-Ramın  Əl-Berid nahiyəsində yerləşən Qüds valiliyinin binasına basqın təşkil etdi.
 
 Valilikdə axtarış aparan İsrail qüvvələrinin gözyaşardıcı qazdan istifadə etdiyi və bəzi əməkdaşlara fiziki qüvvə tətbiq etdiyi bildirildi.
 
 Fələstin Səhiyyə Nazirliyi basqında zərər çəkən 3 nəfərin hadisə yerində müalicə edildiyini qeyd etdi.
 
 Fələstin Hökumət sözçüsü Yusif əl-Mahmud  hadisə barəsində yazılı açıqlama verərək, Qüds valiliyinə təşkil edilən basqını və əməkdaşların təcavüzə məruz qalmasını "hadisələrin təhlükəli inkişafı, beynəlxalq hüquq və müqavilələrin açıq  şəkildə pozulması" kimi səciyyələndirdi.
 
 Hücuma görə İsrail hökumətinin cavabdeh olduğunu vurğulayan Mahmud bu növ hücumların təkrar olması ilə bağlı xəbərdarlıq etdi.
 
 Qeyd edək ki, Fələstin Rəhbərliyinin Qüds valisi Adnan Qays oktyabr ayında İsrail qüvvələri tərəfindən nəzarətə götürülmüş, 2 gün ərzində azadlığa buraxılmışdı.



Әlaqәli Xәbәrlәr