Rusiya Ukraynaya sanksiyaya başladı

Rusiyanın hökümət rəhbəri Dmitri Medvedyev Ukraynanın sanksiyalarına cavab olaraq bu ölkənin 322 fiziki və 68 hüquqi şəxsinə qarşı saknsiya tədbirləri barədə qərar imzalayıb.

1079718
Rusiya Ukraynaya sanksiyaya başladı

  Ukraynanın Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab olaraq belə bir qərarın verildiyi bildirilən açıqlamada "Rəsmi Kiyev sanksiyaları ləğv edərsə, Moskva da qərarı geri çəkər" yazılıb. 

  Rusiyanın qərarı ilə sanksiya siyahısında şəxslər arasında Ukrayna prezidenti Petro Poroşenkonun  oğlu Aleksey Poroşenko başda olmaqla, ölkənin Təhlükəsizlik Xidməti rəisi Vasili Qritsak, Daxili İşlər naziri Arsen Avakov, Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy, keçmiş baş nazir Yuliya Timoşenko, habelə məhkəmə hakimləri, millət vəkilləri, Prezident Administrasiyasının rəsmiləri, icra hakimiyyəti orqanlarının rəhbərləri, nüfuzlu iş adamları var. 



Әlaqәli Xәbәrlәr