Rusiyada terror aktı törədilib

Rusiyanın şimalında yerləşən Arhangelsk şəhərində Federal Təhlükəsizlik Xidməti(FSB) binasının girişində partlayış olub. partlayış nəticəsində terrorçu ölüb.

1078932
Rusiyada terror aktı törədilib

Bu barədə Rusiya Milli Terrora qarşı mübarizə komitəsi tərəfindən məlumat yayılıb. Bildirilib ki, Arxangelsk şəhərindəki FSB binasının girişində saat 08.52-də terror aktı törədilib. İlk məlumata görə binaya daxil olan 17 yaşlı komikadze özünü partladıb. Hadisə nəticəsində FSB-nin üç əməkdaşı bədən xəsarəti alıb. Rusiya İstintaq Komitəsi hadisəni "terrorist hücum" adlandırıb.



Әlaqәli Xәbәrlәr