İran toyuq və yumurta istehsalını dayandıracaq

İranda yem təminatında yaşanan problemlər səbəbindən toyuq və yumurta istehsalının qısa müddətə dayanacağı barəsində xəbərdarlıq edildi.

İran toyuq və yumurta istehsalını dayandıracaq

İranda yem təminatında yaşanan problemlər səbəbindən toyuq və yumurta istehsalının qısa müddətə dayanacağı barəsində xəbərdarlıq edildi.
 
"Tesnim" Xəbər Agentliyinə görə, quş istehsalçıları birlikləri sektorda yaşanan problemlər səbəbindən prezidenti Həsən Ruhaniyə  açıq məktub yazıblar.
 
 Məktubda "Valyutanın yetərli, və ya vaxtında təmin edilməməsi ilə bağlı  istehsalçıların toyuq yemi təminatındakı qarşılaşdıqları problemlər ucbatından toyuq və yumurta istehsalının yaxın zamanda dayandırılacağı" ifadə edilir.
 

 Qeyd edək ki, İranda dolların qısa müddət ərzində 4 min tüməndən  7 min 500 tümən səviyyəlsinə qədər yüksəlməsindən sonra, prezident Ruhani hökuməti aprel ayında dolların 4 min 200 tüməndə sabitlənməsi barədə qərar verib.
 


Etiketlәr: toyuq istehsalı , İran

Әlaqәli Xәbәrlәr