Gürcüstan Kəndə Dəstək Proqramını bərpa edir

Gürcüstan hökuməti Kəndə Dəstək Proqramının bərpasını planlaşdırır.

Gürcüstan Kəndə Dəstək Proqramını bərpa edir

  Gürcüstan Maliyyə nazirinin müavini Giorgi Kakauridzenin verdiyi məlumata görə, 2019-cu ildə Kəndə Dəstək Proqramının bərpası planlaşdırılır.

  Proqramın büdcəsi hələ dəqiqləşdirilməyib. Məsələ ilə bağlı Regional İnkişaf və İnfrastruktur Nazirliyi çalışır.

  G.Kakauridzenin söylədiyinə görə, “Nazirlik çalışır ki, bu proqram nəticə versin və bura qədər olanlar kimi olmasın”.

  Qeyd edək ki, Gürcüstan hökuməti Kəndə Dəstək Proqramını 2016-cı ildə ləğv edib.



Әlaqәli Xәbәrlәr