Misirin eks prezidenti Mursinin oğlu sərbəst buraxıldı

Misir Ali Dövlət Təhlükəsizlik Prokurorluğu, eks. Dövlət başçısı Məhəmməd Mursinin iki gün əvvəl həbs edilən oğlu Abdullah Mursinin azadlığa buraxılmasına dair qərar qəbul edib.

Misirin eks prezidenti Mursinin oğlu sərbəst buraxıldı

Bu barədə Mursinin vəkili Abdulmunim Abdulmaksud məlumat verib. O bildirib ki, məhkəmə Mursinin oğlunun pul zəmanəti qarşılığında sərbəst buraxılması qərarına gəlib.

Qeyd edək ki, Mursinin oğlu Abdullah Mursi ötən gün paytaxt Qahrənin qərbində yerləşən Şeyx Zayid məhəllisindəki evinə təhlükəsizlik qüvvəlirinin basqını zamanı nəzarətə götürülərək həbs edilmişdi.



Әlaqәli Xәbәrlәr