• Video Qalereya

Cavad Zərif: "İran xalqını müdafiə məsələsində sürətli və qətiyyətli cavab verəcəkdir"

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif  Twitter hesabında: "Təlim görən, silahlandırılan və xarici bir rejim tərəfindən dəstəklənən terrorçular Əhvaza hücum etdilər" yazdı.

Cavad Zərif: "İran xalqını müdafiə məsələsində sürətli və qətiyyətli cavab verəcəkdir"

İranın Huzistan Əyaləti valisinin müavini Əli Hüseynzadə Əhvaz şəhərindəki hərbi parad zamanı törədilən silahlı hücumda 11 nəfərin həlak olduğunu açıqladı.
 
 Hüseynzadə İranın cənub-qərbindəki Əhvaz şəhərində İran-İraq müharibəsinin ildönümü münasibətilə keçirilən hərbi parad zamanı törədilmiş terror aktında 30 nəfərin də yaralandığını bildirdi.
 
 İran dövlət televiziyasına müsahibə verən Hüseynzadə hərbi və siyasi rəsmilərinin iştirak etdiyi mərasimə hücum edənlərdən 3-nün ölü, 1-nin də sağ yaxalandığını qeyd etdi.
 
 İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü Ramazan Şərif Əhvaz şəhərindəki hərbi mərasimə hücumun "Əl Əhvaziyə" təşkilatı tərəfindən təşkil olunduğunu bildirdi.
 
 Şərif sözügedən təşkilatın Səudiyyə Ərəbistanı tərəfindən dəstəkləndiyini iddia etdi.
 
 İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif  Twitter hesabında: "Təlim görən, silahlandırılan və xarici bir rejim tərəfindən dəstəklənən terrorçular Əhvaza hücum etdilər" yazdı.
 
 Hücumda uşaqların və jurnalistlərin də hədəfə alındığına diqqət çəkən Zərif: "İran bu hücumlardan regional terrorun havadarları və onların ABŞ-lı sahiblərini məsul tutur. İran xalqını müdafiə məsələsində sürətli və qətiyyətli cavab verəcəkdir" dedi.

Son məlumatlara görə, terror hücumunda ölənlərin sayı 24-ə yüksəlib, yaralananların sayı isə 54-dür. İran İraq ilə olan Əş-Şəlamcə və Əş-Şiyb sərhəd məntəqələrini müvəqqəti olaraq bağlayıb.



Әlaqәli Xәbәrlәr