Rusiyanın döyüş təyyarəsi öz ərazisinə düşdü

Rusiyanın Nijnı Novqorod bölgəsində “Mig-31” döyüş təyyarəsi düşdü.

Rusiyanın döyüş təyyarəsi öz ərazisinə düşdü

  Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: “Təlim uçuşu edən “Mig-31” tipli döyüş təyyarəsi, ilkin məlumata görə, texniki səbəbdən qəzaya uğrayıb. Təyyarə yaşayış yerindən uzaq bölgəyə düşüb. Hadisə zamanı iki pilot özünü paraşütdən atma sistemi sayəsində xilas olub. Nazirliyin komissiyası hadisə yerində araşdırmaları davam etdirir”.

  Qeyd edək ki, Rusiya istehsalı olan “Mig-31” döyüş təyyarələri dünyanın mexaniki olaraq ən yüksək performanslı təyyarəsi kimi tanınır. Çox yüksək sürət və manevr qabiliyyətinə malik “Mig-31” nüvə raketləri, bombardman, o cümlədən, casus təyyarələrinin qarşısını almaq və ya məhvetmədə istifadə olunur.

 



Әlaqәli Xәbәrlәr