"Bu, bir faciədir”,V.Putin

Rusiya prezidenti Vladimir Putin Aralıq dənizində vurulan rus təyyarəsi ilə bağlı açıqlama verib.

"Bu, bir faciədir”,V.Putin

Rusiya prezidenti Vladimir Putin Aralıq dənizində vurulan rus təyyarəsi ilə bağlı açıqlama verib.

Putin rus təyyarəsinin vurulmasını faciəli və bir bədbəxtlik zənciri kimi dəyərləndirib: “Hələ də nə olduğunu anlamağa çalışırıq. Alınacaq tədbirlər hamını maraqlandırır. Tədbirlər Suriyadakı hərbi personalın təhlükəsizliyinə yönəlik olacaq".

Digər tərəfdən İsrailin Baş naziri Binyamin Netanyahunun Suriyada rus hərbi təyyarəsinin vurularaq düşürülməsini hadisəsini Rusiya prezidenti Vladimir Putin ilə keçirəcəyi telefon danışığında da müzakirə edəcəyi bildirilib.

Adının açıqlanmasını istəməyən isrəilli yüksək səviyyəli diplomatik mənbələrdən biri Netanyahu ilə Putin arasındakı telefon danışığının “yaxın zamanda” olacağını deyib.

İsrail ordusundan yayılan bəyanatda Rusiyanın özünə məxsus hərbi təyyarənin vurulmasından İsrailin məsul olduğu barədəki ittihamları rədd edilərək, hadisədən Suriyadakı Bəşər Əsəd rejimi qüvvələrilə İran və Hizbullahın məsul olduğu irəli sürülmüşdü.  



Әlaqәli Xәbәrlәr