İrandan raket təhdidi

İran İnqilab Mühafizəçiləri Qüvvələrinin komandiri Məhəmməd Əli Cəfəri ölkəsinin 2 min kilometr mənzili olan raketlərə sahib olduğunu bildirib.

1048990
İrandan raket təhdidi

Əli Cəfəri Dövlət telekanalında etdiyi çıxışında İraqın Ərbil şəhərindəki Kürdüstan Demokrat Partiyası (İKDP) düşərgəsinə təşkil etdikləri raket hücumuna münasibət bildirib.

Əli Cəfəri: "İnqilab mühafizəçiləri Ordusu terroristlərdən qisas alaraq, çirkli hədəflərini və zorbalıklarını İrana qəbul etdirə biləcəklərini xəyal edənlərə güclü mesaj verdi. Onlar İranın əlində 2 min kilometr mənzilli raketlər olduğunu idrak etməlidilər.

Qeyd edək ki, İranın şənbə günü İKDP-nin bir düşərgəsinə təşkil etdiyi hücum nəticəsində partiya mənsubu 16 nəfər həyatını itirmiş, 40 nəfər də yaralanmışdı. Kimyəvi, nüvə və bioloji başlıq taşıyabilmə qabiliyyətinə sahib balistik raketlərlə ABŞ-ın bölgədəki bazalarını dağıda biləcək potensiala sahib olan İranın bu hücumu, başda ABŞ olmaqla Qərb ölkələri və bölgədəki bəzi ölkələr tərəfindən təhdid qəbul edilir. Qərb, İranın ballistik raket proqramınının müzakirə edilməsini tələb edərkən, rəsmi Tehran ölkənin raket proqramının strateji və müdafiə məqsədli olduğunu irəli sürür.



Әlaqәli Xәbәrlәr