"Mənim baş nazirə üç təklifim olacaq..." P.Kammenos

Yunanıstan Müdafiə naziri və hökumətin kiçik ortağı Müstəqil Yunanlar Partiyasının (ANEL) sədri Panos Kammenos ölkəsi ilə Makedoniya arasında həyata keçirilən ad müqaviləsinin tamamilə özlərinə tərs düşdüyünü deyib.

"Mənim baş nazirə üç təklifim olacaq..." P.Kammenos

  83-cü Beynəlxalq Selanik Sərgisində çıxışı zamanı P.Kammenos bildirib: “Razılaşma Yunanıstan parlamentinə qədər çıxarsa, bizə hakimiyyətdə qalmaq üçün xalqın verdiyi səlahiyyət yox ola bilər… Hökumətdə yarana biləcək hər hansı münaqişəyə mane olmaq üçün əlimizdən gələni edəcəyik… Baş nazirə üç təklifim olacaq. Birincisi, Yunanıstan xalqının referendumla müqaviləyə səsverməsi. İkincisi, danışıqları dörd illik hökumət dövrü bitəndən sonra etmək. Üçüncüsü isə seçkiyə getmək… Rəsmi Skopye rəhbərliyinin müqaviləni pozur. Makedoniyadakı referendumdan nə çıxarsa çıxsın, qərar yunan xalqı tərəfindən verilməlidir.”

  Qeyd edək ki, Yunanıstanla Makedoniya arasında ad problemi çərçivəsində qəbul edilən müqavilənin Makedoniyadakı referendumdan sonra Yunanıstan Parlamentində səsverməyə çıxarılması gözlənilir.



Әlaqәli Xәbәrlәr