İranda Şekspirin “Bir yay gecəsi röyası” həbsə səbəb oldu

İranda məhşur ingilis şairi Uilyam Şekspirin “Bir yay gecəsi röyası” pyesinin səhnələşdirilməsi iki teatr əməkdaşının həbsinə səbəb oldu.

İranda Şekspirin “Bir yay gecəsi röyası” həbsə səbəb oldu

  Bununla bağlı məlumatı “Associated Press” yayıb.

  Tamaşanın rejissoru Mariam Kazemi və meneceri Səid Assadi sentyabrın 9-u saxlanılıb. Daha sonra onlar 24 min dollar zamin qarşılığında azadlığa buraxılıb.

  Onlar sosial şəbəkədə tamaşanın görüntülərinin yayılmasından sonra həbs olunublar. Kadrlarda kişilərlə birgə qadınların rəqs etməsi əks olunub.

  Xatırladaq ki, iyul ayında 18 yaşlı iranlı gimnast həbs edilib. O, şəxsi yatağında rəqs etdiyi görüntüləri sosial şəbəkədə yayımladığı üçün saxlanılıb.



Әlaqәli Xәbәrlәr